Abonentintin əvəz olunmuş sayğacının üzərində istifadə olunmamış məbləğin yeni sayğacın smart kartına qaytarılması necə həyata keçirilir?
Abonentlərin əvəz olunan sayğaclarının üzərində olan istifadə edilməyən və creditback əməliyyatı vasitəsi ilə köhnə kartına qaytarılmış məbləğin yeni sayğacın balansına qaytarılması zamanı yerli qaz müəsisəsi tərəfindən müfaviq məktub hazırlanır və bu məktub əsasında əvəz edilmiş sayğacın kartında olan məbləğ abonentin mənzilində yeni quraşdırılmış sayğacın kartına köçürülür.
Müdaxilə şübhəli, yanmış, sındırılmış, mexaniki göstəricisi işləməyən, elementi bitmiş sayğacların məbləğləri SOCAR-ın aidiyyəti bölməsinin kalibirləşmə labaratoriyası tərəfindən verilən rəydən və müvafiq araşdırmadan sonra qaytarılması həyata keçirilir.
Sayğaca kənar müdaxilə və onun iş qabiliyyətinin pozulması nə deməkdir ?
Sayğaca kənar müdaxilə dedikdə müxtəlif vasitələrlə sayğacın hesablayıcı mexanizmini və klapan mexanizminin işini pozmaq nəzərdə tutulur.
IV FƏSİL QAZ TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİNDƏ QAZ SƏRFİ və QAZPAYLAYICI ŞƏBƏKƏLƏRDƏ TEXNİKİ İTKİLƏRİN TƏYİN OLUNMASI METODİKASI HAQQINDA (Qaz təsərrüfatı müəssisələrində qaz sərfi və qazpaylayıcı şəbəkələrdə texniki itkilərin təyin olunma metodikası. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutu. Bakı. 11.12.2012)
Qazpaylayici müəssisədə daxili tələbata qaz sərfi(qdt) hansı hallarda istifadə edilir?
Daxili tələbata qaz sərfinə aşağıdakılar aiddir:
Qazpaylayıcı müəssisəyə aid bina və tikililərinin istilik təchizatı, ventilyasiyası və isti su təchizatına qaz səril (əgər müəssisədə qazlaşdırılmış xüsusi qazanxana və ya qaz yanacağı ilə işləyən avtonom qızdırıcı qurğular varsa);
Qazpaylayıcı müəssisəyə aid texnoloji avadanlıqlar quraşdırılmış bina və tikililərinin istilik təchizatı, ventilyasiyası və isti su təchizatına qaz sərfi (əgər müəssisədə qazlaşdırılmış xüsusi qazanxana və ya qaz yanacağı ilə işləyən avtonom qızdırıcı qurğular varsa);
Qazlaşdırılmış xüsusi yeməkxanalarda yeməyin hazırlanmasına qaz sərfi;
Qazpaylayıcı müəssisələrin mexaniki-təmir emalatxanalarında və tədarük sexlərində qaz istifadə edən avadanlıqların istismarına qaz sərfi;
Qazpaylayıcı müəssisələrin texniki kabinetlərində qaz istifadə edən avadanlıqların stendlərinin istismarına qaz sərfi;
Qazpaylayıcı müəssisələrin kimya laboratoriyalarında xüsusi cihazların istismarına qaz sərfi;
Təlim-məşq mərkəzlərində stend və maketlərin istismarına qaz sərfi;
Qazpaylayıcı müəssisənin təqsirindən yaranan qəza hallarının lokallaşdırılması və aradan qaldırılmasına qaz sərfi.