Qazpaylayıcı müəssisənin qaz balansı qaz yanacağının mədaxil və məxaric maddələrini birləşdirən düstür hansıdır?
Qazpaylayıcı müəssisənin qaz balansı qaz yanacağının mədaxil və məxaric maddələrini birləşdirən düstür üzrə təyin edilir.
Qq-[(Qdt +Qte+Qi)+Qsq]=0
(düstur №1)
burada Qq - müəssisənin qəbul etdiyi qaz;
Qdt - daxili tələbata qaz sərfi;
Qte - texnoloji ehtiyaclara qaz sərfi;
Qi - texniki qaz itkiləri;
Qsq - istehlakçılara satılan qaz.
İstismara qəbul edilərkən xarici qaz kəməri və avadanlıqların üfürülməsinə qaz sərfi necə hesablanır?
“Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın tələblərinə uyğun olaraq istismara qəbul edilən qaz kəməri və avadanlıqların üfürülməsi daxildə olan havanın tam sıxışdırılıb çıxarılmasınadək davam etdirilməlidir.
Qaz kəməri və avadanlıqların üfürülməsinə qaz sərfi qaz (Qüf, m3) aşağıdakı düsturun köməyi ilə hesablanır:
(düstur №2)
burada
0,0029 - empirik əmsal;
V - üfürülən qaz kəməri və avadanlığın daxili həcmi, m3;
k - düzəliş əmsalı, 1,25- 1,30;
Pa - atmosfer təzyiqi, (1 atm-101325 Pa)Pa;
Pq - üfürülmə vaxtı qaz kəmərində qazın izafi təzyiqi, Pa (aşağı təzyiqli qaz kəməri üçün - işçi, orta və yuxarı təzyiqli qaz kəməri üçün -0,1 MPa - dək);
tq - qazın temperaturu, °C.
(k) düzəliş əmsalı üfürülmənin başa çatma vaxtının dəqiq təyin edilməsinin texniki çətinliyi ilə əlaqədar qazın real artımını nəzərə alır. İstismarçı müəssisənin texniki təchizatı və heyətin ixtisasından asılı olaraq, həmin əmsal (k) azala bilər (məsələn: qazın tərkibində havanın mövcudluğunun ekspress analizi üçün səyyar qazanalizatorlardan istifadə edilərsə).
Xarici qaz kəmərlərinin ayrı-ayrı hissələrinin və avadanlıqların ayrılması ilə hermetikliyinin pozulması və sonradan üfürülməsi ilə yerinə yetirilən təmir işlərinə qaz sərfi necə hesablanır?
Avadanlıqların və qaz kəməri hissələrinin hermetikliyinin pozulması ilə plan üzrə təmir işlərinin aparılmasında qaz sərfi (Qh, m3) avadanlıq və kəmərdən qazın çıxarılmasına, həmçinin onların sonradan üfürülməsi və doldurulmasına qaz sərflərinin cəmindən ibarətdir. Bu qaz sərfi aşağıdakı düsturun köməyi ilə hesablanır:
Dostları ilə paylaş: |