Smart Saygaclarda elektron ekranda Allarım 3 yazısı olduqda bu nəyi bildirir?
Bu yazı sayğacın iterfeysində qisa qapanma oldugunu bildirir.
Smart Saygaclarda elektron ekranda Allarım 5 yazısı olduqda bu nəyi bildirir?
Bu yazı sayğacın mexaniki göstəricisinin 20 litr geriyə firlanmasını bildirir.
Smart Saygaclarda elektron ekranda fO-44 yazısı olduqda bu nəyi bildirir?
Bu yazı Sayğacın giriş klapanın tam açılıb-bağlanmadığını, düzgün işləmədiyini bildirir. Bu hal sayğacın düzgün quraşdırılmamasından və ya qol birləşmələr arasında gərilmə olduğu zaman meydana çıxa bilər.
Smart Saygaclarda elektron ekranda F-100 dən F-155 qədər işarəsi olduqda bu nəyi bildirir?
Bu yazı sayğacın elektron cipində olan zavod qüsurunu bildirir.
Qaz sərfi zamanı smart saygacın mexanizimlərindən gələn səsin norması nə qədərdir?
Qaz sərfi zamanı smart saygacın mexanizimlərindən gələn səsin norması sayğacdan 50 cm aralı məsafədən 42 db səsin gəlməsi məqsədəuygun hesab edilir.
Smart saygacın üzərində olan Barkodun acılışı necədir?
YY - Smart sayğacın buraxılış ilini göstərir.
CC - Calibir cədvəlində olan məlumatı göstərir.
AZ1 - Tətbiq ediləcək ölkə kodunu göstərir.
X-PART versiyasını göstərir.
01- istehsalçı zavodun idenfikasiya nömrəsini göstərir.
123456 - Smart saygacın nömrəsini bildirir.
Smart saygacın elekton hissənin işləməsi üçün qida mənbəyi kimi nədən istifadə edilir?
Sayğacda elektron hissənin qidalanması məqsədilə LS26500 markalı 3,6V gücə malik elementdən istifadə olunur. Elementin işləmə müddəti aşağıdakı şərtlər daxilində 9 ildir:
klapanın işləməsi ay ərzində 4 dəfədən çox olmadıqda;
istifadə olunmadıqda LCD ekran işləmirsə;
kartla əməliyyat həftədə bir dəfədən çox olmayaraq aparıldıqda.