I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Smart kart hansı hallarda sayğacın ekranında oxuna bilmir?



Yüklə 493,24 Kb.
səhifə104/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   100   101   102   103   104   105   106   107   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Smart kart hansı hallarda sayğacın ekranında oxuna bilmir?

Smart kartın sayğaca daxil olunması zamanı kartın oxunmamasının bir neçə səbəbi ola bilər:

  • Abonent tərəfindən smart kartın sayğaca tərsinə salınması;

  • Kartın çipset hissəsinin zədəli olması;

  • Sayğacın kart rider hissəsinin zədəli olması və ya tozlanması;

  • Sayğacın elementinin zəif olması və ya tamamilə bitməsi.

  1. Smart tipli IV PSC ITRON G4 Qaz sayğacının normal fəaliyyətinin əsas göstəriciləri hansılardır ?

Smart tipli IV PSC ITRON G4 Qaz sayğacının normal fəaliyyətinin təmin olunması üçün onun pasportunda göstərilən texniki şərtlərə ciddi əməl olunmalıdır. Sayğaclar ətraf mühitin temperaturu -10 ۫C-dən +50 5C-yə qədər olan şəraitdə istismar edilməlidir. Bu şəraitdə sayğacın mexaniki hissələrinin, habelə elektron blokunun normal işi təmin olunur. Sayğaclara onun pasportunda göstərilən işçi təzyiqdən artıq təzyiq vermək, habelə maksimal sərfdən artıq sərflə qaz keçirmək olmaz. Sayğaclar xüsusi qutularda quraşdırılmalıdır. Bu sayğaca ətraf mühitin mənfi təsirini aradan qaldırmağa köməklik edir.

  1. Smart tipli IV PSC ITRON G4 qaz sayğaclarının istismara buraxılması qaydaları necədir?

Sayğaclar işə buraxılmazdan öncə boru kəmərlərindəki bütün kranlar bağlı vəziyyətdə olmalıdır. Bütün variantlarda (baypaslı və ya baypassız) və qaz sərfinin buraxılmasının bütün mərhələlərində sayğacdan keçən qazın sərfinin sayğacın panelində göstərilən maksimal sərfdən (Qmax) artıq olmasına imkan vermək olmaz. Qazın buraxılması üçün aşağıdakı əməliyyatları həyata keçirmək lazımdır:

  • Bütün qaz cihazlarını söndürmək;

  • Sayğacda kreditin olmasına əmin olmaq;

  • Kredit yoxdursa sayğacı kreditləndirmək.

Qaz sayğacının normal işi dedikdə onun hesablayıcı mexanizminin, barabanının fasiləsiz, dayanmadan stabil fırlanması nəzərdə tutulur.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin