I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qallus IV PSC ITRON G4 sayğacın quruluşu və iş prinsipi necədir?



Yüklə 493,24 Kb.
səhifə100/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   96   97   98   99   100   101   102   103   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qallus IV PSC ITRON G4 sayğacın quruluşu və iş prinsipi necədir?

Qallus IV PSC ITRON G4 tipli qaz sayğacları aşağıdakı hissələrdən ibarətdir:

  • Gövdə (alt, üst);

  • İki ədəd ölçmə kamerası;

  • Kinematik mexanizm;

  • Üst qapaqda yerləşdirilmiş bağlayıcı klapan;

  • Sayğacın öncədən ödəmə rejimində işini təmin edən elektron blok.

Sayğac quru tipli iki kameralı icra olunmuş ölçmə cihazlarına aiddir. Hər bir kamera girişi və çıxışı arasnda yaranan təzyiq fərqindən hərəkətə gətirilən sintetik və hərəkətli diafraqmadan ibarətdir. Diafraqmanın hərəkəti kinematik mexanizm vasitəsilə hesablayıcı mexanizmin fırlanma hərəkətinə çevrilir. Ölçü kameraları və kinematik mexanizm hermetik gövdəyə qoyulmuşdur. Kinematik qurğu sayğacda kreditin qeydiyyatını təmin edən, eləcə də bağlayıcı klapanı idarə edən elektron blokla əlaqələndirilmişdir. Əgər sayğac öncədən ödəmə rejimində işləyirsə onda sayğacdan qaz keçərkən sayğacın yaddaşına qeyd olunmuş kredit avtomatik olaraq azalır. Sayğacın işinə təsir edən ştatdankənar hallar (daxil olan qazın təzyiqinin və sərfinin maksimal həddə çatması, sızmanın olması, batareyaların quraşdırılması üçün qapağın açılması) olduqda, habelə sayğacda kreditin tam sərf olunması zamanı sayğacın elektron bloku bağlayıcı klapanı işə salır, qapayır və bununla da qazın verilməsi dayandırılır.

  1. Smart tipli Qallus IV PSC ITRON G4 Qaz sayğaclarının quraşdırılmasından öncə nələri bilmək lazımdır ?

Sayğacın quraşdırılması üzrə işlərə başlamazdan öncə sayğacın pasportunu və “Quraşdırma və istismar üzrə təlimatı” öyrənmək lazımdır. Quraşdırma işlərinə başlanana qədər sayğaclar qol borularına qapaqlar taxılmış vəziyyətdə, quru və isidilən otaqda saxlanılmalıdır. Sayğacların saxlanma və nəqletdirmə temperaturu -20 ۫C-dən +50 ۫C-yə qədərdir. Sayğaclar bina evlərində mənzilin giriş qapısının yaxınlığında-pilləkən şaxtasında, həyət evlərində isə küçə tərəfdən quraşdırılmalıdır. Sayğaclar xüsusi qutunun içərisində quraşdırılır. Sayğaclar boru kəmərinin aşağı hissəsində kondensat yığıla biləcək yerdə quraşdırıla bilməz. Əgər kondensat yaranması baş verərsə, onda sayğac tərəfdən yuxarıda qaz axını istiqamətində boru kəmərinə kondensat tutucuları qoymaq lazımdır. Qazın sayğacdan qabaq tələb olunan süzülmə dərəcəsi 100mkm-dən az olmamalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin