Sayğaclar ətraf mühitin temperaturu -10 ۫C-dən +55 ۫C-yə qədər olan şəraitdə istismar edilir. Bu şəraitdə sayğacın mexaniki hissələrin, habelə elektron blokunun normal işi təmin olunur.
Elektron blokun işinə məhdudiyyətlər:
-5 ۫C -dən +35 C-yə qədər--maye kristallik displeydə göstərişlər aydın seçilir.
0 ۫C-dən +55 ۫C- yə qədər smart kartın köməyilə sayğacın kreditləşdirilməsi əməliyyatını həyata keçirmək mümkündür.
Maksimal nəmlik +40 ۫ C-də 95% olmalıdır
Qaz sərfinin ən böyük qiyməti Qmax= 6,0m3/s
Qaz sərfinin nominal qiyməti Qnom=4,0m3/s
Qaz sərfinin ən az qiyməti Qmin=0,040m3/s
Dövrü həcm -1,2dm3
Qmax-da təzyiq itkisi -200 Pa-dan çox olmamalıdır.
Qmin-da təzyiq itkisi -60Pa-dan çox olmamalıdır.
Hesablayıcı qurğunun tutumu-99999,999
Şkalanın ən kiçik bölgü qiyməti-0,2dm3
Buraxıla bilən nisbi xətanın həddi :
Qmin≤Q<0,1Qmax sərf diapazonunda ----± 3%
0,1Qmax≤Q≤Qmax sərf diapazonunda ----±1,5%
Sayğacın kütləsi – 2,3±0,15kq
Gövdənin materialı –polad
Qol borunun mərkəzləri arasında məsafə 110±0,15 mm.