Quraşdırmadan sonra sayğaclarda yarana biləcək ştatdankənar nasazlıqların növləri və onların aradan qaldırılması üsulları hansılardır ?
Smart-kartla işləyən Qallus IV PSC ITRON G4,G6 qaz sayğacları bir qayda olaraq quraşdırma üçün dövlət yoxlamasından keçdikdən sonra təqdim edilir. Buna baxmayaraq quraşdırmadan sonra sayğacda aşağıda göstərilən mümkün ola biləcək nöqsanlar qarşıya çıxa bilər:
Sayğacın displeyində klapan açıq olması barədə informasiya olmasına baxmayaraq mənzilə qaz daxil olmaması.
1-ci halda klapanın açılmamasına səbəb sayğacın qol borusunun quraşdırma vaxtı əyilməsi səbəb olur. Bu nöqsanın olmaması üçün quraşdırma zamanı xüsusi şablondan istifadə etmək lazımdır. Bu şablon sayğacın qol boruları mərkəzlərarası məsafəni lazımi ölçüdə saxlamağa imkan verir və qol borularında gərginliyin olmamasına səbəb olur.
2-ci halda sayğac kartı qəbul etmirsə deməli sayğacın nömrəsi ilə kartda yazılan sayğac nömrəsi uyğun gəlmir. Yəni LSD displeydə F012 göstərir.
3-cü halda qol borularında sıxılmadan yaranan deformasiya nəticəsində klapanın iş rejimi pozulur.
Smart tipli Qallus IV PSC ITRON G4 Sayğacın normal işləməsinə hansı göstərilən şərtlərə əməl edildikdə nail olmaq olar?
Sayğaca 0,5 bardan (atm-dən) artıq təzyiq vermək olmaz.
Sayğaca hava ilə yanar qazın (təbii qaz, propan, butan və başqa yanar qazlar) qarışığını vermək olmaz.
Sayğaclardan onun pasportunda göstərilən buraxıla bilən qaz sərfindən artıq (6,0m3/s) qaz buraxmaq olmaz.
Sayğacın ±600C temperatura qədər qızmasına səbəb ola biləcək istilik cihazlarının yaxınlığında yerləşdirmək olmaz.
Sayğac gövdəsini, hesablayıcı qurğunu, elektron blokunu, sayğacın plombunu və ya haloqrammasını (damğasını) pozmaq və zərbələrə məruz qoymaq olmaz.