I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Smart Sayğacların quraşdırılma Qaydaları hansıladır?



Yüklə 493,24 Kb.
səhifə99/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   95   96   97   98   99   100   101   102   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Smart Sayğacların quraşdırılma Qaydaları hansıladır?

Smart Sayğacı şaquli vəziyyətdə boru kəmərlərinə elə birləşdirilməlidir ki, qazın axın istiqaməti ilə sayğacın gövdəsində göstərilən ox işarəsi üst-üstə düşsün. Sayğac elə yerləşdirilməlidir ki, onun hesablayıcı qurğusundan göstərişi görmək əlverişli olsun. Sayğac qaz təzyiqinin reduksiya edilməsi pilləsindən sonra (qazın təzyiqinin nizamlayıcısı) quraşdırıla bilər. Sayğac iki variantda qoşula bilər:baypaslı və baypassız.

  1. Smart Sayğac quraşdırma zamanı tələb olunan təhlükəsizlik qaydaları hansılardır?

Sayğac quraşdırılarkən öncədən “Quraşdırma və İstismar üzrə təlimat” öyrənilməlidir. Sayğacların quraşdırılması istismara verilməsi, təmiri və yoxlanılması ancaq bu işlərin yerinə yetirilməsinə rəsmi hüququ olan təşkilatlar tərəfindən həyata keçirilə bilər. Sayğaclar quraşdırılan ərazidə qaz verilişi müvəqqəti olaraq dayandırılmalıdır. Sayğacların quraşdırılma prosesi texniki şərtin tələblərinə riayət olunmaqla həyata keçirilməlidir. Sayğacların qol boruları bağlanmış şəkildə boru kəmərinə qaynaq edilməsi qadağandır. Sayğaclar quraşdırıldıqdan sonra mənzildə qaz iyinin olmamasına əmin olmaq lazımdır. Hər ehtimala qarşı giriş qapıları və aynalar açılaraq evin havası dəyişilməlidir. Smart kartla işləyən qaz sayğaclarının sızmanı yoxlama funksiyasından istifadə edərək mənzildə qaz borularında sızma yoxlanılmalıdır. Əgər sızma olarsa dərhal aradan qaldırılmalıdır. Quraşdırma zamanı qaz qaynaq qurğuları normativ sənədlərdə göstərilən məsafədə qoyulmalıdır. Oddan istifadə edərək sızmanı yoxlamaq qəti qadağandır.

  1. Smart tipli Qallus IV PSC ITRON G4, G6 Sayğacların saxlanma şəraiti necə olmalıdır ?

Sayğacların uzunmüddətli saxlanıldığı otaqlar quru və qızdırılan olmalıdır. Sayğaclar nəqletmə şəraitinə əməl edilməsi şərtilə istənilən nəqliyyat vasitəsilə (hava, dəmiryolu, avtomobil, dəniz) nəql etdirilə bilər. Quraşdırma zamanı sayğaclar öz qutularında birbaşa günəşin şüaları düşməməsi şərtilə quru sahədə saxlanılmalıdır. Sayğacı əldən salmaq, mexaniki zərbələrə məruz qoymaq qəti qadağandır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin