Qaz sayğaclarının çıxarılma (açılma) səbəbləri hansılardır?
Qaz sayğacında gözlə görünən müdaxilə halı aşkar edildikdə;
Sayğacın hesablayıcı mexanizminə, birləşmələrinə vurulmuş plomblara müdaxilə olunduqda və yaxud onların qırıldığı aşkarlanarsa yenidən Dövlət yoxlamasına göndərilməsi halında
Mənzil daxilindən və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda;
Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə;
Sayğac faktiki sərfiyata uyğun olmadıqda;
Sayğacın növbəti Dövlət yoxlamasının vaxtı çatdıqda;
Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, işlək vəziyyətdə müəyyən səslər gəldikdə və s.).
Temperatur, təzyiq, təzyiqlər fərqi və həmçinin vaxt və saatlıq, günlük, aylıq sərfiyyat.
Qaz sayğaclarının birləşmələrinə xüsusi nömrəli plombların vurulması qaydası necədir?
Rotor və Turbin Elster markalı elektron sayğacların hesablayıcı mexanizminin örtüyünə, giriş və çıxış flyans birləşmələrinə;
Diafraqma tipli mexaniki sayğacların (G-2,5, 4, 6, 10, 16 və 25 markalı) hesablayıcı mexanizminə və birləşdirici qaykalarına (giriş və çıxış birləşmələrinə hesablayıcı mexanizminin qapağından keçirilməklə).
Diafraqmanın diametrinin, ölçü borusunun diametrinə nisbəti nə ilə ölçülür?
Diafraqma diametrinin, ölçü borusunun diametrinə nisbəti β ilə ölçülür.
β= d / D; β
0,1 £ β £ 0,75
d ³ 12,5 mm, 50 mm £ D £ 1000 mm.
III FƏSİL SMART SAYĞACLAR HAQQINDA Smart Sayğac nədir?
“İTRON” firmasının istehsalı olan Smartkart tipli (əvvəldən ödənişli) diafraqmalı məişət qaz sayğacı təbii, aqressiv olmayan aşağı təzyiqli quru və təmiz qazların uçotunun aparılması üçün istifadə olunur. Sayğac mexaniki ölçmə mexanizmindən, Smartkart ölçmə qurğusundan (elektron hissə), gövdədən, giriş və çıxış yivli birləşmələrdən, bağlayıcı klapandan və gövdənin daxilinə quraşdırılmış iki kameralı membrandan ibarətdir.