Tavan qaynaq tikişi çətin qaynaq tikişi adlanır.
Diametri 2,5 mm olan elektrod üçün təqribən neçə amper cərəyan lazımdır?
Diametri 2,5 mm olan elektrod üçün təqribən 80A cərəyan lazımdır.
Qaynaq zamanı elektrik qaynaq aparatları, transformatorlar və qaynaq ediləcək konustruksiyalar nəyə birləşdirilməlidr?
Qaynaq zamanı elektrik qaynaq aparatları, transformatorlar və qaynaq ediləcək konustruksiyalar naqillə yerə birləşdirilməlidir.
Elektrod örtüyü qaynaq prosesində hansı işləri yerinə yetirir ?
Elektrod örtüyü qaynaq prosesində qövsun sabit yanmasını təmin edir, havanın oksigenindən və azotundan qoruyur, həmçinin ərimiş metalı lazımı elementlərlə ligerləyir.
Qaz qaynağında istifadə olunan asetilin qazını necə alırlar?
Kalsimum-karbidə su ilə təsir etməklə asetilin qazı alınır.
Qaz qaynağında yanar qazları hansı qazla birlikdə yandırırlar?
Oksigen qazı ilə birlikdə yandırırlar.
Asetilen generatoru nəyə deyilir?
Kalsium-karbidi su ilə parçalamaqla asetilen alınan aparata asetilen generatoru deyilir.
Asetilen generatoru ilə alov törədici mənbə arasındakı məsafə nə qədər olmalıdır?
Asetilen generatoru ilə alov törədici mənbə arasındakı məsafə 10 m-ə qədər olmalıdır.
Sıxılmış oksigen qazı üçün şlanq hansı rəngdə olmalıdır?
Sıxılmış oksigen qazı üçün şlanq göy rəngdə olmalıdır.
Asetilen qazı üçün şlanq hansı rəngdə olmalıdır?
Asetilen qazı üçün şlanq qırmızı rəngdə olmalıdır.