Poladların qaynaq olma qabiliyyətini pisləşdirən nədir?
Poladın tərkibində karbonun və ligerləyici elementlərin miqdarının çox olması.
Hansı qida mənbələri ilə eyni vaxtda bir neçə qaynaqçı işləyə bilər?
BKCM-1000 adlanan qida mənbəyi ilə eyni vaxtda bir neçə qaynaqçı işləyə bilər.
Dielektriklər nəyə deyilir?
İçərsində sərbəst elektronlar olmayan cisimlərə dielektriklər deyilir.
Şərti diametri 250-400 mm olan boruları uc-uca qaynağa hazırlamaq üçün qaynaq tikişi yerinə borunun çevrə uzunluğu boyu neçə ədəd kiçik qaynaq hissəsləri (prixvatkalar) verilməlidir və uzunluğu neçə mm olmalıdır?
Şərti diametri 250-400 mm olan boruları uc-uca qaynağa hazırlamaq üçün qaynaq tikişi yerinə borunun çevrə uzunluğu boyu 3 ədəd kiçik qaynaq hissəsləri (prixvatkalar) verilməlidir və uzunluğu 50 mm olmalıdır.