Qaynaq aparatlarının naqillərinə olan tələblər hansılardır?
Qaynaq aparatlarının elektrik naqilləri, çoxsimli mis materialdan hazırlanmış naqildən olmalıdır və bu naqillər onlara düşən elektrik qüvvəsinə davam gətırməlidirlər.
Qazla kəsmədə və qaynaqda işlədilən avadanlıq və vasitələr hansılardır?
Qaz generatoru, qaynaq odluğu və oksigen kəskisi, təzyiq nizamlayıcılari (reduktor), rezin şlanqlar.
Əl ilə elektrik-qövs qaynağında əsas parametrlər hansı hesab edilir?
Əsas parametr qaynaq cərəyanı hesab edilir.
Sabit cərəyanla qaynaq etdikdə hansı avadanlıqdan istifadə edilir?
Qaynaq generatoru və daxili yanma mühərriklərindən istifadə edilir.
Əsas örtüklü elektrodlar qaynaqdan əvvəl nə üçün qurudulur?
Rütubəti uzaqlaşdırmaq məqsədilə qurudulur.
Sabit cərəyanın qısa yazılışı necədir?
DC - sabit cərəyanın qısa yazılışıdır.
Dəyişən cəryanın qısa yazılışı necədir?
AC - dəyişən cərəyanın qısa yazılışıdır.
Cərəyan şiddəti hansı ölçü vahidi ilə ifadə edilir?
Cərəyan şiddəti amperlə ifadə edilir.
Elektrik–qövs qaynağında istifadə edilən maskadakı şüşə ekran qaynaqçını nədən qoruyur?
İnfraqırmızı və Ultrabənövşəyi şuadan mühafizəni təmin edir.
Qaynaq elektrodları saxlanan otaqlarda havanın temperaturu minumum nə qədər olmalıdır?
Qaynaq elektrodları saxlanan otaqlarda havanın temperaturu minumum +180 C olmalıdır.
Qaynaq elektrodunun saxlama müddəti nə qədərdir?