Qaynağın daxili qüsurları hansı nəzarət üsulu ilə müəyyən edilir?
Rentgen şüası ilə.
Qaynaq çubuğunu seçərkən hansı amillərə əsaslanmaq lazımdır?
Qaynaq avadanlığının sabit və ya dəyişkən cərəyanla işləməsi, qaynaq çubuğunun metal hissəsinin kimyəvi tərkibinin qaynaq ediləcək metala uyğun olması, qaynaq çubuğunun örtüyünün qaynaq vəziyyətinə (bucağına) uyğun seçilməsi.
Əl ilə qövşü qaynaqda neçə qat qaynaq tikişi qoyulmalıdır?
Əl ilə qövsü qaynaqda 3 qat tikiş qoyulmalıdır.
Qaynaq aparatı cərəyan mənbəyinə qoşulma və ayrılma ardıcıllığı necədir?
Qaynaq aparatı elektrik cərəyanına qoşulan zaman ilk növbədə “0” (“-“)-a, sonra isə “Faza” (“+”)-ya qoşulmalıdır. Açıldıqda isə əksinə, yəni ilk növbədə “Faza” (“+”)-dan sonra isə “0” (“-“)-dan açılmalıdır.
Tikişətrafı metalın yanmasına səbəb nədir?
Tikişətrafı metalın yanmasına cərəyanin cox olması səbəb olur.
Tərpənməyən boru kəməri vəziyyətinə görə necə cür tikiş ilə qaynaq edilir?
Tərpənməyən boru kəməri vəziyyətinə görə üç cür tikiş ilə qaynaq edirlir: