Read proseduru. Verilənləri klaviaturadan daxil etmək üçün daha bir vasitə-Readproseduru da vardır.ReadvəReadLnprosedurları arasında əsas fərqondan ibarətdir ki,Readproseduru verilənlər sətrində olan artıq simvolları oxu-mur (bu simvollar növbətiRead, yaxudReadLnproseduru vasitəsilə oxunabilər).ReadLnproseduru isə, əksinə, daxil edilən sətirdəki bütün simvollarıemal edir (yalnız sətrin sonundakı artıq simvolları nəzərə almır).
Formatlama. Yuxarıda qeyd olunduğu kimi, xusüsi göstəriş yoxdursa, Pascalbütün həqiqi ədədləri eksponensional formatda əks etdirir. Bəs verilənləri bizəlazım olan formatda necə göstərmək olar? ÖncəIntegertipli dəyişənlər, yaxudqiymətlər üçün formatların necə verilməsinə baxaq. Bununçün dəyişənin adından(yaxud qiymətdən) sonra iki nöqtə (:) və sahənin eni, yəni əks olunası rəqəmlərinsayı göstərilir. Məsələn,