Write proseduru. Pascal dilində verilənləri çıxışa vermək üçün daha birprosedur -Writeproseduru nəzərdə tutulub. Bu prosedurunWriteLnprosedu-rundan yeganə fərqi bundadır ki, onun icrasından sonra kursor növbəti sətrinbaşlanğıcına keçmir. Tutaq ki, proqramda
Write('Cəmi ');
WriteLn(a);
operatorlar cütü vardır. Bu operatorların icrasının nəticəsi
WriteLn('Cəmi ', a);
operatorunun icrasının nəticəsi kimi olacaq.
ReadLn proseduru. Verilənləri klaviaturadan daxil etmək üçün PascaldilindəReadLnproseduru nəzərdə tutulub. Bu prosedurun ümumi formasıbelədir:
ReadLn(giriş siyahısı)
ReadLnproseduru proqramın icrası zamanı istifadəçinin klaviaturadan daxiletdiyi verilənləri oxuyub, kompüterin yaddaşına yazır. Giriş siyahısında göstəril-miş hər bir dəyişən üçün istifadəçi bir element daxil etməli, sonra isəklavişini basmalıdır. Giriş siyahısında dəyişənlərin adları vergüllə ayrılır.Verilənlərin daxiledilmə ardıcıllığı dəyişənlərin giriş siyahısındakı ardıcıllığınauyğun gəlməlidir. Daxil edilən ədədi verilənləri bir, yaxud bir neçə boşluqsimvolu ilə ayırmaq lazımdır. Ədədi verilənlərin daxilində, yaxud onların arasın-da vergül olmamalıdır.