Dəyişənlər. Standart tiplər. Yuxarıda qeyd olunduğu kimi, Pascal proq-ramında verilənlərin təsvirində məqsəd kompilyatora bütün identifikartorlarınadları və hər bir identifikatordan necə istifadə olunacağı haqqında məlumat ver-məkdir. Bundan başqa, bu bölüm proqramın istifadə edəcəyi hər bir yaddaşxanasında hansı verilənlərin yerləşəcəyini kompilyatora bildirir.
Yaddaşda hər hansı qiymətin göstərilməsi həmin qiymətin tipindən asılı olur.Standart Pascal dilində verilənlərin qabaqcadan təyin olunmuş dörd tipi vardır:Integer(tam ədədlər üçün),Real(həqiqi ədədlər üçün),Boolean(məntiqikəmiyyətlər üçün) vəChar(ayrıca simvollar üçün). Turbo Pascalda simvollarardıcıllığı ilə işləməyə imkan verən daha bir verilənlər tipi (string) vardır ki, onunhaqqında ayrıca dərsdə danışılacaq. Hər bir tip üçün verilənlərin ala biləcəyiqiymətlər üzərində aparıla bilən əməliyyatlar çoxluğu vardır.
Dostları ilə paylaş: |