Ia9 -fesil-1: 9 qxd


İnterpretatorlar. Kompilyatorlar



Yüklə 0,52 Mb.
səhifə12/49
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#1163
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   49
İnterpretatorlar. Kompilyatorlar

Yüksək səviyyəli dildə yazılmış proqramın kompüterin mərkəzi prosessoru tərəfindənbaşa düşülüb icra olunması üçün o, maşın koduna çevrilməlidir. Bu çevrilmə müxtəlifyollarla aparıla bilər:

Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən,ing. translate) proqramı başlatmaqdır. Bu proqram bir sətri çevirir və onu yerinəyetirilmək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrinçevrilməsinə keçir. Belə proqrama interpretator (ing. interpreter) deyilir.

Bu proqramı iki müxtəlif dilli şəxsin ünsiyyətinə kömək edən tərcüməçi ilə müqayisəetmək olar. Birinci şəxs nəsə deyir, tərcüməçi onun dediklərini tərcümə edir. İkincişəxs cavab verir və onun cavabı birinci şəxsə tərcümə olunur. Bu proses bütün dialoqmüddətində davam edir.

Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Proqram yazılıb-başladıldıqdan dərhal sonra kompüterin hər dəfə nə etdiyini görmək olur. Əgər proq-

ramda nəyisə dəyişmək lazımdırsa, bu dəyişiklik edilir və proqram yenidəntranslyasiya olunur. Ancaq bu yolun bir çatışmazlığı var: proqram tam hazır olduqdansonra da, hər dəfə icra olunmazdan qabaq onun hər bir sətri təzədən maşın kodunaçevrilir və nəticədə proqramın ümumi icra müddəti uzanır.

Başqa bir müqayisə aparaq. Bu kitabı Azərbaycan dilində yazıb sonradan rus dilinəçevirmək üçün naşir tərcüməçi tutur və kitabı bütövlükdə rus dilinə tərcümə etdirir.Translyatorun başqa növü olan kompilyator da (ing."compile " - "tərtib etmək", "yığ-maq") belə işləyir: proqram yüksək səviyyəli dildə tam yazıldıqdan sonra kompilya-tor onu oxuyur, proqramı maşın koduna çevirir və ayrı bir faylda saxlayır. Sonradanilkin koddan asılı olmayaraq, bu fayl istənilən dəfə çalışdırıla bilər. Bu zaman,aydındır ki, yenidən translyasiyaya lüzum qalmır.

Əgər proqram konkret sifarişçinin tələbləri nəzərə alınmaqla yazılmışsa,adətən, proqramın tətbiq edilmə mərhələsinə zərurət yaranır. Bu mərhələdəavadanlıq köklənir, əvvəllər istifadə olunmuş proqramlardan verilənlər yeni proq-rama keçirilir, proqramla işləyəcək heyət təlim keçir.

Proqramla işin son mərhələsi müşayiətdir. Bu mərhələdə istifadəçilərə məs-ləhətlər verilir, istismar müddətində aşkar olunan xətalar düzəldilir, sifarişçininistəyinə (xahişinə) görə proqramlarda çox da böyük olmayan dəyişikliklər edilir.

1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin