"Yüksək səviyyəli" və "aşağı səviyyəli" proqramlaşdırma dili nə deməkdir?
Yüksək səviyyəli dillərdə proqramlaşdırmanın maşın dilində proqramlaşdırma-
dan hansı üstünlükləri var?
Yüksək səviyyəli dillərin müsbət və mənfi cəhətlərini izah edin.
Ən yüksək səviyyəli proqramlaşdırma dilini necə təsəvvür edirsiniz?
ROQRAMLARIN HAZIRLANMASI
Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişafetmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi hazır-lanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr vəsəmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır.
O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadirpeşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı.
Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi.Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı.Bununla belə, ixtisaslı proqramçıları müəyyənləşdirən bilik səviyyəsi aşağı düşdü.
Getdikcə mürəkkəb proqramların hazırlanmasında daha çox orta səviyyəliproqramçılar iştirak etməyə başladı.