İBRƏt güZGÜSÜ


DOĞRU VƏ YANLIŞ DAVRANIŞIN NƏTİCƏSİ



Yüklə 2,32 Mb.
səhifə12/25
tarix22.02.2017
ölçüsü2,32 Mb.
#9167
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

DOĞRU VƏ YANLIŞ DAVRANIŞIN NƏTİCƏSİ


Bu əhvalat Nadir şah hakimiyyətə gəlməzdən öncə baş vermişdir. Nadir şah bir dəfə buğda almaq üçün Xorasan rayonunun kəndlərindən birinə yollanır. O, qala anbardarından bir miqdar buğda alır. Aldığı buğdanı çuvala doldurub getmək istəyəndə, buğda sahibi–Hacı Abbasqulu gəlib çıxır. O, Nadirin əlindəki çuvalı alıb buğdanı yerə boşaldır. Nadirin–“mən burada qonağam, bir neçə gün yubanmışam və buğdanı hansı qiymətə desəniz alıram”–deməsinə baxmayaraq, Hacı Abbasqulu ona buğda satmır. Çuvaldakı buğdaların hamısını boşaldandan sonra onu zorla anbardan bayıra çıxarır.

Nadir buğda sahibinə deyir: “Əgər dövlət adamı olsaydım, səninlə necə rəftar edəcəyimi görərdin.”

Nə vaxt dövlət adamı olsan, deyərsən gözlərimi çıxartsınlar”– deyə Hacı Abbasqulu onu ələ salır.

O, çox mə`yus halda Hacı Abbasqulunun anbarını tərk edir. Hacı Abbasqulunun Nadirə dediklərini eşidən Hacı Əşrəfin ona ürəyi yanır. O, Nadiri evinə aparıb, ona xüsusi qulluq edir, sonra Hacı Əşrəf oğluna deyir ki, Nadirlə birlikdə anbara get və nə qədər buğda istəyirsə ona ver. Buğdanın qiymətini də insafla hesabla.

Hacı Əşrəfin oğlu atasının dediyi kimi də edir. Hətta Nadir üçün yol azuqəsi də qoyur.

Bir neçə il sonra Nadir qoşun başçısı (əmir) tə`yin edilir. O, bir gün Məşhədə gələndə Hacı Abbasqulu ilə Hacı Əşrəfi çağırtdırır.

Nadir əvvəlcə üzünü Hacı Abbasquluya tutub deyir: “Mənə nə dediyini xatırlayırsanmı? İndi isə sənin istəyini yerinə yetirməyi əmr edəcəyəm.”

Nadirin əmrilə Hacı Abbasqulunun hər iki gözünü də kor etdilər. Sonra isə Hacı Əşrəfə dedi: Sənin anbarında buğda yığdığım zaman çarıqlarım yaddan çıxıb orada qalmışdı.” “Çarıqlarını harada qoymusansa elə orada da qalıb”–deyə Hacı Əşrəf cavab verir. O, çarıqları gətirmək üçün bir nəfəri Hacı Əşrəfin anbarına göndərir. Doğrudan da çarıqlar öz yerində qalmışdı.

Nadir Hacı Əşrəfin gözəl rəftarına, qonaqpərvərliyinə və əmanətdarlığına əhsən dedi. O, bu gözəl xüsusiyyətlərinə görə Hacı Əşrəfi vergi ödəməkdən həmişəlik azad etdi.1

HƏKİM OLMAĞIMIN ƏSAS SƏBƏBİ


Öz dövrünün məşhur təbiblərindən olan rəhmətlik Mirzə Xəlil Tehrani buyurur: “Mənim tibb sahəsində heç bir səriştəm yox idi. Çünki bu elmə daha dəqiq yiyələnmək üçün nə müəllim yanına getmiş və nə də dərs oxumamışdım. Hal-hazırda tibb elmində əldə etdiyim bütün fəaliyyətlərə məsihi qadına verdiyim bir tikə çörəyin əvəzində nail olmuşam.” O, başına gələnləri belə nəql edir:

“Macəra belə baş vermişdi: Bir dəfə Tehrandan Quma səfərə getmişdim. O vaxtlar çox cavan idim. Həmin il camaat bahaçılıq və qıtlıqdan əziyyət çəkirdi. Hətta bir tikə çörək tapmaq da mümkün deyildi. Qumda olduğum vaxt xəstəxana otaqlarından birində qalırdım. Bu hadisə İranla Rusiya arasında baş verən müharibə zamanına təsadüf edirdi. Müharibədə əsir düşmüş rusları müxtəlif şəhərlərə göndərirdilər.

Bir gün çörək almaq üçün bazara yollandım. Çox çətinliklə bir çörək alıb otağıma qayıdırdım ki, yolda qucağında körpə uşağı və acından rəngi qaçmış əsir rus qadınına rast gəldim. Qadın məni görüb dedi:

“Siz müsəlmanlarda heç rəhm yoxdur. Çünki Allah bəndələrini əsir tutub, beləcə ac saxlayırsınız.”

Qadına yazığım gəldi. Aldığım çörəyi ona verib, otağıma qayıtdım. Həmin gün yeməyə başqa bir şey tapmadığımdan ac qalmalı oldum. Birdən bir kişi həyəcanla qaldığım hücrəyə girib dedi: “Ay ağa, arvadım ağrıdan həlak olur. Əgər tanıdığın bir həkim varsa, xahiş edirəm ünvanını mənə ver arvadımı onun yanına aparım.”

Elə bu vaxt ixtiyarsız olaraq dilimə bir dərman adı gəldi. Həmin şəxsə dedim: “Əgər filan dərmanı xəstəyə versəniz, sağalar.”

Həmin adam mənim həkim olduğumu güman edib, dediyim dərmanı xəstə arvadına içirtmiş və dərman da qısa bir zamanda xəstəni sağaltmışdı. Xəstə qadın tam sağalandan sonra necə və kimin vasitəsilə müalicə olduğu barədə öz tanış-bilişinə danışır. Bu əhvalatı eşidən xəstələr mənim ünvanımı soraqlaşıb tapırlar. Yanıma gələn xəstələr üçün ixtiyarsız olaraq dilimə gələn dərmanları yazırdım. Halbuki, mən bu dərmanların tərkibi haqqında heç nə bilmirdim. Yazdığım dərmanları qəbul edən xəstələr çox tez bir zamanda sağalmağa başlayırdılar.

Artıq bu sahədəki şöhrətim çox yerə yayılmışdı. Müxtəlif xəstəlikləri olan adamlar mənə müraciət edir və yazdığım dərmanlar nəticəsində çox qısa bir zamanda sağalırdılar. Bu müddət ərzində etdiyim təbabətin mənə çox böyük xeyri oldu. Həkim Mö`minin “Töhfə” adlı kitabını aldım ki, heç olmasa dərmanların adını bilim.

Bir müddət Qum şəhərində qaldıqdan sonra Tehrana qayıtdım. Çox tez bir zamanda məşhurlaşdım. Adım böyük tibb alimləri sırasında qeyd olundu. Bütün bunlara, məsihi qadına verdiyim çörəyin əvəzində nail olmuşdum.1

SEYYİDLƏRƏ HÖRMƏTSİZLİYİN ACI SONLUĞU


Bu əhvalat 1806-cı ilə təsadüf edir. Dövlət vergi mə`muru yoxsul bir seyyiddən vergi haqqını ödəməsini tələb edir. Maddi durumunun çox pis olduğunu və vergi ödəyə bilməyəcəyini deyən seyyidin sözləri qəddar mə`mura tə`sir etmir. Əksinə o, zavallı seyyidə daha da ağır işgəncə verməyə başlayır.

Yalvarışlarının heç bir faydası olmadığını görən seyyid, zalım mə`murdan bir həftə möhlət istəyib deyir: “İnşəallah Allah-təala bir çıxış yolu açar. Heç olmasa cəddim peyğəmbərdən həya et.”

Vergi mə`muru deyir: “Əgər sənin cəddin iş bacarandırsa, ya səni mənim şərimdən qurtarsın, ya da istəyini yerinə yetirsin.” Sonra seyyiddən bir günlük zəmanət alıb deyir: “Əgər sabah səhər tezdən vergi haqqını ödəyə bilməsən, sənin boğazına nəcasət tökəcəyəm. Cəddinə də de ki, nə bacarırsa onu da etsin.”

Həmin mə`mur axşam evə qayıdanda evin damında yatır. Gecənin bir yarısı ayaqyoluna getmək üçün yuxudan ayılır. Qaranlıq olduğundan ayağını nərdivanın pilləsinə qoyanda nərdivanla birlikdə yerə yıxılır. Təsadüfdən həmin yerdə ayaqyolu üçün qazılmış quyu vardı və yıxılanda üzü üstə həmin nəcasət quyusuna düşür. Xoşbəxtlikdən həmin axşam heç kimin bu hadisədən xəbəri olmur. Sübhə qədər nəcasətin içində qalır. Səhər onu nəcasət quyusunun içində başı üstə göbəyinə qədər murdarçılığa batmış halda tapırlar. Mə`murun qarnına o qədər nəcasət dolmuşdu ki, elə oradaca ölmüşdü.1




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin