İBRƏt güZGÜSÜ


İMAM HÜSEYNİN (Ə) TÜRBƏTİNƏ HÖRMƏTSİZLİYİN CAVABI



Yüklə 2,32 Mb.
səhifə13/25
tarix22.02.2017
ölçüsü2,32 Mb.
#9167
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

İMAM HÜSEYNİN (Ə) TÜRBƏTİNƏ HÖRMƏTSİZLİYİN CAVABI


“Vəsailüş-şiə” kitabının müəllifi Şeyx Hürr Amili “İsbatül-huda” adlı digər bir kitabında belə nəql etmişdir: “Məşhur məsihi təbibi Yuhənna deyirdi: Musa ibn İsanın sarayında olduğumuz vaxt müsəlman sərkərdələrdən biri Kərbəla türbəti ilə sağalan xəstələrdən söz açdı. Bəni-Haşim qəbiləsindən olan bir nəfər onun sözünə əlavə edərək dedi:

“Biz əlacı olmayan xəstələrimizi onunla (Kərbəla türbəti) müalicə edirik. Musa ibn İsa Əhli-beytin (ə) qatı düşmənlərindən biri idi. O, İmam Hüseyni (ə) və məclisdəkiləri ələ salmaq niyyəti ilə əyləşdiyi yerə bir az Kərbəla türbətindən tökməyi əmr etdi. Oturmağıyla “yandım, yandım”–qışqırığının ərşə qalxması bir olur. Bu vəziyyətdə məsihi təbiibn də əlindən bir iş gəlmir. Onun ciyərləri parça-parça olub ləyənə tökülür. Sonralar həmin təbib məsihi olmasına baxmayaraq Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gedir və müsəlman olur.

Bir dəfə Şah Abbasın sarayında şahın xüsusi qonaqlarından olan bir məsihi alimi belə deyirdi:

“İnsanların batinini görməyi bacarıram.” Elə bu vaxt məclisdə oturan Şeyx Bəhai üzünü həmin alimə tutub deyir: Mənim ovcumdakının nə olduğunu deyə bilərsənmi?

Həmin alim bir az fikrə getdikdən sonra– “Nə olduğunu bilirəm. Amma sənin ovcuna nə cür sığışdığından təəccüb edirəm. Çünki sənin ovcundakı Cənnətin bir hissəsidir”– deyə cavab verir.

Şeyx Bəhai deyir: “Bəli, mənim ovcumdakı İmam Hüseynin (ə) türbətidir.”1



PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİYİN AQİBƏTİ (1)


Peyğəmbərlə (s) get-gəl etməsinə baxmayaraq, Əqəbə ibn Əbi Muit hələ də müsəlmanlığı qəbul etməmişdi. Günlərin birində o, Peyğəmbəri (s) qonaq çağırır. Bunu eşidən Peyğəmbər (s) buyurur: “Qonaqlığa gələrəm, amma yeməyi bir şərtlə yeyərəm ki, sən müsəlmanlığı qəbul edəsən.” Əqəbə Peyğəmbərin (s) bu şərtilə razılaşır. Əqəbənin dostları bu işdən xəbər tutanda ona öz e`tirazlarını bildirirlər. O–“Məhəmməd (s) mənimlə yemək yesin deyə şəhadəteyni demişəm”– deyə onları razı salmağa çalışır. Dostları Əqəbəyə dedilər: “Əgər bizimlə dostluq etmək istəyirsənsə, gərək ağzının suyunu Peyğəmbərin (s) üzünə atasan.”

O, öz nadan dostlarının bu axmaq fikrilə razılaşıb bu işi icra etmək istəyəndə, tüpürcək geri qayıdıb onun üzünə tökülür. Onun hər iki yanağını elə yandırır ki, ölənəcən izi getmir.2



PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİYİN AQİBƏTİ (2)


Ütbə Əbu Ləhəbin oğlu idi. O da atası kimi Peyğəmbərlə (s) düşmənçilik edərdi. “Nəcm” surəsinin Peyğəmbərə (s) nazil olduğunu eşidən Ütbə dedi:

“Mən bu surəni qəbul etmir və ona inanmıram.” O, Peyğəmbərin (s) Me`racından bəhs edən bu surəni məsxərəyə qoyub inkar edərdi. Peyğəmbər (s) ürək ağrısı ilə ona belə nifrin etdi: “Ey Allahım! Onu öz yırtıcı heyvanlarından birinə həvalə et.”

Çox keçmədən Ütbə ticarət karvanıyla “Şam” şəhərinə səfər etməli oldu. Bir az yol gedəndən sonra yırtıcı bir şirin karvana tərəf gəldiyini görən Ütbənin canına vəlvələ düşür. Səfər yoldaşları ona deyirlər:

“Biz ki, sənin yanındayıq. Bəs nədən qorxursan?”

“Məhəmməd (s) mənə nifrin etmişdir. And olsun Allaha, göylər Məhəmməddən (s) doğru danışan başqa birinin üzərinə kölgə salmamışdır.”

Şir onu tapmasın deyə səfər yoldaşları öz yüklərini onun ətrafına toplayırlar. Buna baxmayaraq şir yüklərin üstünə çıxıb pəncəsiylə onları dağıtmağa başlayır. Amma şirin əlinə keçmədən Ütbənin ürəyi partlayıb elə oradaca ölmüşdü.1



HƏZRƏT ƏLİNİN (Ə) VİLAYƏTİNİ İNKAR EDƏNLƏRİN AQİBƏTİ


Cabir ibn Abdullah Ənsari belə nəql edir:

“Günlərin birində həzrət Əli (ə) camaat qarşısında moizə edirdi. Əvvəldə Allaha həmd-səna etdikdən sonra buyurdu: “Burada Məhəmmədin səhabələrindən dördü siz camaatın qarşısındadır. Dediyim bu dörd nəfər bunlardır:

1. Ənəs ibn Malik.

2. Əş`əs ibn Qeys.

3. Bəra ibn Azib Ənsari.

4. Xalid ibn Yəzid Bəccəli.

Sonra bu dörd nəfərin hər birindən təkbətək bu sualı soruşdu. Əvvəlcə üzünü Ənəs ibn Malikə tutub dedi:

“Ey Ənəs! Məgər sən Peyğəmbərin (s) mənim haqqımda dediyi bu sözləri eşitməmisən ki,–“Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır.”

Bunları eşitdiyin bir halda inkar etmiş olsan, Allah-təala səni bərəs (dəri xəstəliyi) xəstəliyinə düçar edəcək. Bu xəstəlikdən əmələ gələn ağ ləkələr başını və üzünü tamamilə bürüyəcək. Elə bir vəziyyətdə olacaqsan ki, əmmamə ilə də bu ağ ləkələri gizlədə bilməyəcəksən.”

Sonra Əş`əs ibn Qeysə dedi: “Ey Əş`əs! Sən Peyğəmbərdən (s) mənim haqqımda eşitdiyinə şəhadət verməsən, ömrünün sonunda Allah-təala hər iki gözünü kor edəcəkdir.”

“Ey Xalid ibn Yəzid! Sən isə haqqı eşidib gizlətmiş olsan, Allah-təala səni cahillər kimi öldürəcək!”

Sonda üzünü Bəra ibn Azibə tutub dedi: “Ey Bəra ibn Azib! Bunlar sənə də aiddir. Əgər sən də Peyğəmbərin (s) mənim haqqımda dediklərini dansan, Mədinəyə hicrət etdiyin yerdə öləcəksən.”

Bu dörd nəfər Qədir-Xum günündə Peyğəmbərin (s) Əli (ə) haqqında dediklərini inkar etdilər.

Cabir ibn Abdullah Ənsari deyir:

“Allaha and olsun, bir müddətdən sonra Ənəs ibn Malikin bərəs xətəliyinə tutulduğunun şahidi oldum. O, üz-gözündəki ağ ləkələri əmmaməsi ilə də gizlədə bilmirdi.

Ənəs ibn Qeysin hər iki gözünün kor olduğunu gördüm. O, deyirdi:

“Allaha çox şükürlər olsun ki, Əlinin (ə) nifrini bu dünyada gözlərimin korluğu ilə sona yetdi. Nə yaxşı ki, O (Əli (ə)) məni əbədi əzabla nifrin etməyib. Yoxsa həmişəlik axirətdə əzab içində olardım.

Xalid ibn Yəzidin öz evində öldüyünü və ailəsinin onu evdə basdırmaq istədiklərini eşitdim. Amma “Kində” qəbiləsi bunu eşidib onun evinə hücum çəkir və cahiliyyət dövrünün adəti üzrə onu evinin qapısının kənarında basdırırlar. Beləliklə, də o, cahillər kimi axirət evinə yollanır.

Müaviyə, Bəra ibn Azibi Yəmənə hakim tə`yin etmişdi. O Yəməndə, yə`ni Mədinəyə hicrət etdiyi yerdə və zalım hakim olduğu bir halda dünyadan köçdü.1

İmam Hüseyndən (ə) belə rəvayət olunur: “Cö`də (Əş`əs ibn Qeysin qızı) atasının Əli (ə) ilə düşmənçilik etdiyini bilirdi. Ona görə də deyirdi ki: Əli (ə) onu alov boğazı adlandırmışdı. O bu adın səbəbini soruşanda, Həzrət buyurdu: “Əş`əsin ölüm vaxtı yetişəndə göydən boğaza oxşar alov şö`ləsi ona tərəf gələcək. Bu alov onu yandırıb qara kömürə döndərəcək.”

Belə də oldu. O, can verdiyi vaxt, və`d edilən həmin alovun onu yandırdığını gördülər. Əş`əs fəryad çəkib qışqırırdı: “Necə də pis imiş Əli (ə) ilə düşmənçiliyin nəticəsi.”2


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin