IBurst (utd) tipli stolüstü modem İSTİsmar qaydalari



Yüklə 2,56 Mb.
tarix02.01.2022
ölçüsü2,56 Mb.
#1860
növüQaydalar



iBurst (UTD) tipli stolüstü modem
İSTİSMAR QAYDALARI

*Elcell "Datacell" şirkətinin xidmətidir

İSTİSMAR QAYDALARI

MƏZMUNU
iBurst modemindən istifadə zamanı ehtiyat tədbirləri
I fəsil. Giriş
Avadanlıq elementlərinin xülasəsi
Kompüter ilə birləşmə

Birləşdirmə qaydası

Çıxarma qaydası

İndikatorlar


II fəsil. Quraşdırılma prosesi
iBurst üçün proqram təminatının yüklənməsi

Windows XP/2000 üçün

Windows Me/98SE üçün
Birləşmənin quraşdırılması

Windows XP üçün birləşmənin qurşadırılması

Windows 2000/Me/98SE üçün birləşmənin quraşdırılması


  • iBurst "DATACELL" şirkətini qeydiyyata alınmış ticarət nişanıdır.

  • Windows "Microsoft Corporation" şirkətini qeydiyyata alınmış ticarət nişanıdır.

iBurst modemindən istifadə zamanı ehtiyat tədbirləri



  • Yadda saxlayın:




    • bu məhsuldan istifadə edərkən, təhlükəsizlik qayadalrına riayət edin;

    • məhsul 1.9 GHz tezlikdə işləyir. Digər tezliklərdə istifadə olunması mümkün deyil;

    • ehtiyat tədbirləri, avadanlıqların sazlanması, proqram təminatı və dizayn istehlakçılara (müştərilərə) hər-hansı xəbərdarlıq verilmədən dəyişikliyə məruz qala bilər.




  • Məhdudiyyətlər:




    • bu məhsul ev şəraitində istifadə üçün nəzərdə tutulmuşdur. Məhsulun insan həyatına təsirdən qorunmaq məqsədilə tibb avadanlıqlarında və həmçinin, yüksək etibarlılıq dərəcəsi tələb edən sistemlərdə istifadəsi icazə verilmir;

    • simsiz texnologiyalardan istifadənin qadağan edildiyi yerlərdə, məsələn təyyarə və yaxud xəstəxanalarda bu məhsuldan istifadə etməyin. Elektrik avadanlıqları və tibbi qurğular kənardan təsirə məruz qala bilər ki, bu da bədbəxt hadisə və ya qəzaya səbəb olar.




  • Xəbərdarlıqlar:




    • bədbəxt hadisə və ya təbii fəlakət (zəlzələ, daşqın, yanğın) və həmçinin, məhsuldan düzgün istifadə edilməməsi nəticəsində yaranan zədələr üçün şirkətimiz məsuliyyət daşımır;

    • kənar faktorlar nəticəsində əmələ gələn korlanmalar üçün şirkətimiz məsuliyyət daşımır;

    • verilmiş təlimatda və istismar qaydalarında qeyd olunmayan səbəblər nəticəsndə əmələ gələn korlanmalar üçün şirkətimiz məsuliyyət daşımır;

    • bizim şirkətlə razılaşması olmayan digər istehsalçıların avadanlıq və proqram təminatlarından birgə istifadə edilməsi nəticəsində əmələ gələn korlanmalar üçün şirkətimiz məsuliyyət daşımır.

Təhlükəsizlik qaydaları


―― Ehtiyatlı olun, təhlükəlidir ――
Səhv (yanlış) istifadə ölüm və ya ağır xəsarətlə nəticələnə bilər:


  • Məhsuldan qeyri-normal şəraitdə, məsələn yüksək tüstülənmə vaxtı istifadə etməyin. Bu, elektrik şokuna səbəb ola bilər.

  • Məhsula əlavə dəyişiklik etməyin və açmayın. Bu, elektrik şokuna səbəb ola bilər.

  • Yüksək rütubət səviyyəsi olan yerlərdə, məsələn vanna otağı və ya püskürdücü cihazların yaxınlığında məhsuldan istifadə etməyin və onu saxlamayın. Həmçinin, məhsula nəm əllərlə toxunmayın. Bu, elektrik şokuna səbəb ola bilər.

―― Diqqət ――
Uyğun gəlməyən istifadə məhsulun işləməməsi və ya düzgün işləməməsi ilə nəticələnə bilər:


  • Məhsulu aşağı temperatur şəraitində saxlamayın. Bu, məhsulun funsionallığının itməsi ilə nəticələnə bilər.

  • Məhsulu maqnitləşmiş obyektlərin üzərinə və ya elektromaqnit dalğaları mövcud olan yerlərin yaxınlığında qoymayın. Bunlara musiqi kolonkaları, mikrodalğalı sobalar, televizorlar, flüosent lampaları, radio, digər mətbəx cihazları aiddir. Bu, məhsulun qeyri-sabit iş rejiminə səbəb ola bilər.

  • Məhsuldan turşuların (hidrogen sulfid), məsələn təbii qaynar bulaqların yaxınlığında istifadə olunması onun istismar müddətinin azalmasına səbəb ola bilər.

  • Məlumatın ötürülməsi vaxtı kompüterin sönməsi və ya məhsulun çıxarılması baş verərsə, bu, məlumatın itirilməsinə və ya faylların zədələnməsinə səbəb ola bilər. Məlumatların göndərilməsi və alınması vaxtı onların orijinal məlumatlarla tutuşdurulması vacibdir.

―― Xəbərdarlıq ――


Səhv (yanlış) istifadə əmək qabiliyyətinin itirilməsi və ya fiziki zədələnmə ilə nəticələnə bilər:


  • Məhsulu güclü zərbələrə, məsələn yerə düşmə və ya atmaq kimi təsirlərə məruz qoymayın. Bu, məhsulun işləməməsinə səbəb ola bilər.

  • Məhsulu günəş şüalarının birbaşa təsiri altına və ya soba, qaz plitəsi kimi yüksək temperaturlu avadanlıqların yaxınlığında qoymayın. Bu, məhsulun qızmasına və yanğına səbəb ola bilər.

  • Məhsulu yüksək temperatur fərqi olan yerlərdə, məsələn kondisioner və qızdırıcı yaxınlığında qoymayın. Bu, yanğın və elektrik şokuna səbəb ola bilər.

  • Məhsulu yağ və buxar olan yerlərdə, məsələn mətbəxdə, həmçinin, tozlu və çirk yerlərdə saxlamayın. Bu, elektrik şokuna səbəb ola bilər.

  • Məhsulu dayanıqsız (möhkəm olmayan) yerlərdə saxlamayın. Həmçinin, məhsulu digər əşyaların üzərinə qoymayın. O, yıxılaraq, iş qabiliyyətini itirə bilər.

  • Məhsuldan ildırım vaxtı istifadə etməyin. Bu, yanğın və elektrik şokuna səbəb ola bilər.

  • Konnektor və birləşmə yerlərinə əl ilə toxunmayın. Orada statik enerji qala bilər. Statik enerji, həmçinin, geyim əşyalarından da yığıla bilər və buna görə də məhsulun çıxarılmasından əvvəl hər-hansı metal əşyanın toxundurulması vasitəsilə bu enerjini çıxarmaq lazımdır.

  • Məhsuldan yüksək vibrasiyası olan yerlərdə istifadə etməyin. Bu, məhsulun iş qabiliyyətinin itirilməsi ilə nəticələnə bilər.

I fəsil. Qutunun içindəkilər






Tərkibi

Təsviri

Sayı

1

Stolüstü simsiz modem

Ölçüləri: 39mm (E) x 186mm (H) x 132mm (U)

Çəkisi: təqribən 310 qr (elektrik adapteri xaric)

İstifadə olunan elektrik enerjisi: Max 6W


1

2

Altlıq

Ölçüləri: 90mm (E) x 9mm (H) x 129mm (U)

1

3

Elektrik adapteri

Giriş: 100 - 240V AC
50 - 60Hz/ 300mA

Çıxış: 9V DC/ 1.2A

Kabelin uzunluğu: 2m


1

4

Sabit cərəyan kabeli

Uzunluğu: 2m

1

5

Şəbəkə kabeli

Növü: Birbaşa, 5-ci kateqoriya

Uzunluğu: 2m



1

6

USB kabeli

Növü: USB1.1

Uzunluğu: 2m



1

7

Divar şrupları

Fiqurlu vintaçan üçün

2

II fəsil. Proqram təminatının yüklənməsi prosesi.
Modemin istifadəsindən əvvəl proqram təminatının yüklənməsi vacibdir.
Windows XP/2000 üçün:

1. Kompüteri qoşun.

2. Proqram təminatı yerləşən diski CD-ROM drive-yə yerləşdirin. Proqram

təminatının yüklənməsi başa çatmamış modemi kompüterə taxmayın.

3. Yüklənmə proqramının avtomatik qoşulmasından sonra [Next >]

düyməsini basın.




4. [I accept the terms the license agreement] xəbərdarlığını seçib [Next >]

düyməsini basın.


5. Aşağıdakı məzmunlu ekran çıxdıqdan sonra [Next >] düyməsini basın.



6. [Next >] düyməsini basın.

7. Aşağıdakı məzmunda pəncərə çıxdıqdan sonra yüklənmə prosesi

başlayacaqdır.



8. Yüklənmə prosesi başa çatdıqda növbəti pəncərə çıxacaqdır. “Yes, I want to

restart my computer now” xəbərdarlığını seçib [Finish] düyməsini basın.




9. Kompüterin yenidən qoşulmasından (perezaqruzka) sonra iBurst

modemini PC-kart üçün slota taxın.

10. Sizin əməliyyat sisteminiz modemi avtomatik olaraq təyin edəcək və ekrana aşağıdakı pəncərə çıxacaqdır. [Install the software automatically (Recommended)] xəbərdarlığını seçib [Next >] düyməsini basın.

11. Modemin drayveri sizin kompüterə yüklənəcəkdir.

12. Yüklənmə prosesinin başa çatmasından və aşağıdakı pəncərənin

çıxmasından sonra [Finish] düyməsini basın.

Windows Me/98SE üçün:


1. Kompüteri qoşun.

2. Proqram təminatı yerləşən diski CD-ROM drive-yə yerləşdirin. Proqram

təminatının yüklənməsi başa çatmamış modemi kompüterə taxmayın.

3. Yüklənmə proqramının avtomatik qoşulmasından sonra [Next >]

düyməsini basın.


4. [I accept the terms the license agreement] xəbərdarlığını seçib [Next >]

düyməsini basın.


5. Aşağıdakı məzmunlu ekran çıxdıqdan sonra [Next >] düyməsini basın.



6. [Next >] düyməsini basın.

7. Aşağıdakı məzmunda pəncərə çıxdıqdan sonra yüklənmə prosesi

başlayacaqdır.



8. Yüklənmə prosesi başa çatdıqda növbəti pəncərə çıxacaqdır. “Yes, I want to

restart my computer now” xəbərdarlığını seçib [Finish] düyməsini basın.




9. Kompüterin yenidən qoşulmasından (perezaqruzka) sonra iBurst

modemini PC-kart üçün slota taxın.

10. Sizin əməliyyat sisteminiz modemi avtomatik olaraq təyin edəcək və

ekrana aşağıdakı pəncərə çıxacaqdır. [Specify the location of the driver

(Advanced)] xəbərjarlığını seçib [Next >] düyməsini basın.

11. [Search for the best driver for your device. (Recommended)] xəbərdarlığını seçin, sonra [Specify a location] qeyd edib [Browse] düyməsini basın

12 [C:\Program Files\iBurst\bin] yolunu göstərib [OK] düyməsini basın.



13. [Next >] düyməsini basın.

14. Avadanlığın adının [iBurst Modem] düzgün çıxdığına əmin olduqdan

sonra [Next >] düyməsini basın.

15. [Finish] düyməsini basın.


16. Kompüteri yenidən qoşmaq üçün [Yes] düyməsini basın.

17. Menyudan [Start] [Control Panel] seçib, yaranan pəncərədə [Add New

Hardware] şəklinə basın.

18. [Next >] düyməsini basın.

19. [Next >] düyməsini basın.



20. Aşağıdakı pəncərə açıldıqda [No, the device isn’t in the list] xəbərdarlığını

seçib [Next >] düyməsini basın.



21. [No, I want to vıberete the hardware from a list] xəbərdarlığını seçib

[Next >] düyməsini basın.

22. [Ports (COM & LPT)] seçib [Next >] düyməsini basın.

23. [Have Disk..] düyməsini basın.



24. [Browse..] düyməsini basın.

25. [C:\Program Files\iBurst\bin\ibvcom9x.inf] yolunu seçin və [OK]

düyməsini basın.



26. [OK] düyməsini basın.

27. [iBurst Virtual COM Port] xəbərdarlığını seçib [Next >] düyməsini basın.

28. [Next >] düyməsini basın.



29. [Finish] düyməsini basın.

30. Kompüterin yenidən işə salınması üçün [Yes] düyməsini basın.

31. [Start] düyməsini basıb [Control Panel] pəncərəsində [Modems] düyməsini

basın.



32. Ekranda aşağıdakı pəncərə çıxdıqda [Add] düyməsini basın (əgər siz heç

vaxt modem quraşdırmamısınızsa, onda modemin yüklənməsi etapına

keçin [Install New Modem]).



33. "Don’t detect my modem; I will select it from a list" xəbərdarlığını qeyd

edib [Next >] düyməsini basın.


34. [Have Disk..] düyməsini basın.


35. [Browse] düyməsini basın.



36. [C:\Program Files\iBurst\bin\ibvmdm9x.inf] yolunu seçib [OK] düyməsini

basın.



37. [OK] düyməsini basın.


38. [iBurst Virtual MODEM] xəbərdarlığını seçib [Next >] düyməsini basın.





39. [iBurst Virtual COM Port (COM X)] xəbərdarlığını seçib [Next >]

düyməsini basın.


40. [Finish] düyməsini basın.





41. [OK] düyməsini basın.


42. [Start] düyməsini basıb [Control Panel] pəncərəsində [Network] düyməsini

basın.



43. [Configuration] qoşmasında [Add] düyməsini basın.


44. [Protocol] xəbərdarlığını seçib [Add…] düyməsini basın.





45. [Have Disk…] düyməsini basın.


46. [Browse] düyməsini basın.




47. [C:\Program Files\ iBurst\bin\nipoe9x.inf] yolunu seçib [OK] düyməsini

basın.



48. [OK] düyməsini basın.


49. [NDIS(PPPoE) Usermode I/O Protocol] xəbərdarlığını seçib [OK]

düyməsini basın.

50. [OK] düyməsini basın.




51. [Yes] düyməsini basaraq, kompüteri yenidən işə salın.


Windows XP üçün:


Windows XP əməliyyat sistemi "PPPoE" protokolunu dəstəkləyir, buna görə də biz qoşulma proqramından (master podklyuçeniya) istifadə edəcəyik:
1. [Start] düyməsini basaraq [Control Panel] qoşmasını seçin.

2. [Control Panel] pəncərəsində [Network and Internet Connections]

kateqoriyasını seçin.


3. Sonra [Set up or Change your Internet connection] qoşmasını basın.



4. [Internet Properties] pəncərəsi çıxdıqda [Setup] düyməsini basın.

5. [New Connection Wizard] pəncərəsi açıldıqda [Next >] düyməsini basın.



6. [Connect to the Internet] xəbərdarlığını seçib [Next >] düyməsini basın.

7. [Set up my connection manually] xəbərdarlığını seçib [Next >] düyməsini

basın.

8. [Connect using a broadband connection that requires a user name and

password] xəbərdarlığını seçib [Next >] düyməsini basın.


9. [ISP Name] pəncərəsinə provayderin adını – ELCELL yazıb [Next >]

düyməsini basın.


10. Adınızı və parolunuzu yığın. Eləcə də, [Make this the default Internet

connection] xəbərdarlığının qeyd olunduğunu yoxlayın. [Next >]

düyməsini asın.

11. [Finish] düyməsini basın.



12. [Network and Internet Connection] pəncərəsi çıxdıqda [Set up change

your Internet Connection] xəbərdarlığını basın.



13. [Internet Properties] pəncərəsi açıldıqda və [Connections] qoşması

göründükdə, qoşulmanın adının düzgünlüyünü və [Always dial my default

connection] xəbərdarlığının qeyd olunduğunu bir daha yoxlayın. Sonra

[OK] düyməsini basın.


14. Konfiqurasiyalrın yüklənməsi prosesi başa çatdı. Siz İnternet brauzerini,

məsələn "Internet Explorer program"-ı işə sala bilərsiniz. [Dial-up

Connection] pəncərəsi əmələ gələcəkdir. Şəbəkəyə qoşulmaq üçün

[Connect] düyməsini basın.

15. Qoşulma yükləndikdə qoşulma indikatoru, aşağıda göstərildiyi kimi,

tapşırıqlar menyusunda əmələ gələcəkdir.



Windows 2000/Me/98SE üçün:


Windows 2000, Windows Me və Windows 98SE üçün biz iBurst qoşmasından istifadə edəcəyik.
1. iBurst qoşmasının ekranda yaratdığı nişana ikili çağırış (klik) edin.

2. Adınızı və parolunuzu yığın. [Connect] düyməsini basın.

3. Qoşulma prosesi zamanı aşağıdakı pəncərə açılır.

4. Qoşulma yükləndikdə qoşulma indikatoru, aşağıda göstərildiyi kimi,

tapşırıqlar menyusunda əmələ gələcəkdir.


Qeyd: Windows 98SE sistemində ad və ya parol yanlış yığıldıqda aşağıdakı pəncərə açılır. Bu halda, sadəcə olaraq, ad və parolu düzgün yığaraq [OK] düyməsini basın.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin