İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında


xlii     5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   ...   8   9   10   11   12   13   14   15   ...   39
 xlii

 

 



5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları 

 

5.1. Agentliyin ilkin nizamnamə fondu 9 565 947, 36 (doqquz milyon beş yüz altmış beş 



min doqquz yüz qırx yeddi manat otuz altı qəpik) manatdır.

 xliii

 

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, 



habelə  dövlət  büdcəsindən  ayrılan  vəsaitdən,  fəaliyyətindən  əldə  edilmiş  gəlirdən, 

ianələrdən,  qrantlardan,  cəlb  olunan  investisiyalardan  və  qanunla  qadağan  edilməyən 

digər vəsaitlərdən formalaşır. 

5.3.  Agentlik  öz  əmlakından  yalnız  bu  Nizamnamədə  müəyyən  olunmuş 

məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə 

səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir. 

5.4.  Agentlik  qanunla  nəzərdə  tutulmuş  vergiləri  və  digər  məcburi  ödənişləri 

müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, 

idarə,  filial  və nümayəndəliklərinin,  habelə  tabeliyindəki  digər  qurumların  fəaliyyətindən  əldə 

edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

xliv

 

5.5.  Agentlik  tərəfindən  göstərilən  Azərbaycan  Respublikasının  Prezidenti 



tərəfindən müəyyən olunan baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin və 


baza  (əsas  xidmətlər)  zərfi  ilə  əhatə  olunmayan  tibbi  xidmətlərin  tarifləri  tənzimlənən 

qiymətlərə (tariflərə) aiddir. 

5.6.  Agentlik,  sərəncamında  olan  vəsaitdən  bu  Nizamnaməyə  uyğun  olaraq, 

Agentliyin xərclər smetası əsasında istifadə edir. 

5.7. Maliyyə ilinin sonuna Agentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin 

maliyyələşdirilməsinə yönəldilir. 

 


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin