3. Agentliyin vəzifələri və hüquqları
3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. icbari tibbi sığorta və səhiyyə sahəsi üzrə qanunvericilik aktlarının, inkişaf
konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak edir;
ii
3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar
aparır və həmin tədqiqatların nəticələri əsasında baza (əsas xidmətlər) zərfinin müəyyən
olunmasına dair təkliflər hazırlayır;
3.1.3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, icbari tibbi sığorta haqqının məbləğinin müəyyən olunmasına dair təkliflər
hazırlayır;
3.1.4. icbari tibbi sığorta haqlarının və bu Nizamnamə ilə müəyyən edilmiş digər
vəsaitlərin yığılmasını və onlardan təyinatı üzrə səmərəli istifadəni təmin edir, icbari
tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta ehtiyatı fondları
yaradır;
3.1.5. baza (əsas xidmətlər) zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin
keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görür;
3.1.6. baza (əsas xidmətlər) zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin
göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlayır;
3.1.7. baza (əsas xidmətlər) zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərə
görə sığorta ödənişlərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə tibb
müəssisələrinə ödənilməsini təmin edir;
3.1.8. icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən şəxslərlə
icbari tibbi sığorta müqaviləsi bağlayır;
3.1.9. baza (əsas xidmətlər) zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən
tibbi xidmətlərin həcminin, müddətinin, keyfiyyətinin və tariflərinin tərəflərlə
bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir;
3.1.10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində vahid elektron informasiya
sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin
həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir;
3.1.11. icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrinin vahid reyestrini aparır;
3.1.11-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (bundan sonra –TƏBİB)
tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirir;
iii
3.1.12. icbari tibbi sığorta sahəsində təlimlər təşkil edir, peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata
keçirilməsində iştirak edir;
iv
3.1.13. icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının
müdafiəsinə təminat verir;
3.1.14. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və
fiziki şəxslərin icbari tibbi sığorta sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirir;
Dostları ilə paylaş: |