İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin


Agentliyin idarə olunması



Yüklə 44,47 Kb.
səhifə4/7
tarix02.06.2023
ölçüsü44,47 Kb.
#122243
1   2   3   4   5   6   7
its nizamnamə

4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyi İdarə heyəti idarə edir.
4.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir. [33]
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir. [34]
4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən edir və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir; [35]
4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını) təqdim edir; [36]
4.5.2-1. Agentliyin fəaliyyətini təşkil edir və ona nəzarət edir; [37]
4.5.3. hər il martın 31-dək əvvəlki ildə ölkənin icbari tibbi sığorta sistemi ilə bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
4.5.4. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;
4.5.5. bu Nizamnamənin 3.1.23-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə xərclənməsini təmin edir;
4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır qərar qəbul edir;
4.5.7. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir; [38]
4.5.8. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir; [39]
4.5.9. Agentliyin büdcəsinin, strateji məqsədlərinin və planlarının icrasına nəzarət edir; [40]
4.5.10. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir; [41]
4.5.11. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
1. Agentliyin, strukturunu və ştat vahidlərinin ümumi sayını müəyyənləşdirir; [42]
2. Azərbaycan Respublikasının maliyyə və kapital bazarında uyğun əməkhaqqı səviyyəsini nəzərə almaqla, Agentlikdə, habelə TƏBİB-də əməyin ödənilməsi formalarını, əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını müəyyənləşdirir; [43]
3. Agentliyin, habelə TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir; [44]
4. Agentliyin xərclər smetasını təsdiq edir;
4.5.11-1. Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən, habelə İcbari Tibbi Sığorta Fondundan başqa dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir; [45]
4.5.11-2. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
4.5.12. Agentliyin illik maliyyə hesabatlarını tərtib edir;
4.5.13. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir; [46]
4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.5.15. Agentliyin fəaliyyətinə dair illik iş planlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;
4.5.16. Agentliyin sığorta ehtiyat fondlarının formalaşdırılması və bu ehtiyatlardan istifadə qaydasını müəyyən edir;
4.5.17. icbari tibbi sığorta haqlarının məbləğinin və bu haqların ödənilmə qaydasının müəyyən edilməsinə dair təkliflər verir;
4.5.18. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
4.5.19. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür; [47]

Yüklə 44,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin