Bu göstərişlər İctimai Sektor üzrə 1№li Beynəlxalq Mühasibat Uçotu Standartına əlavədir, onun tərkib hissəsi deyil.
Maliyyəhesabatlarınınəyaniquruluşu IG1.Bu Standart xalis aktivlərdə/kapitalda dəyişikliklər barədə hesabatda olduğu kimi, maliyyə vəziyyəti haqqında hesabatda və maliyyə fəaliyyətinin nəticələri barədə hesabatlarda əks olunmalı olan komponentlərin tərkibini və onlara qarşı olan minimum tələbləri müəyyən edir.Bu Standart həmçinin həm müvafiq maliyyə hesabatlarında həm də qeydlərdə əks oluna bilən digər maddələri də açıqlayır. Bu göstərişlərdə Standartın tələblərinə uyğun olan maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və həmçinin xalis aktivlərdə/kapitalda dəyişikliklər barədə hesabatın hazırlanması üzrə sadə nümunələr göstərilmişdir.Hər bir təşkilatın xüsusiyyətlərinə uyğun olaraq ədalətli təqdimata nail olmaq üçün təqdimat ardıcıllığı və istifadə olunmuş sətir maddələrinin ardıcıllığı daha məqsədə uyğun şəkildə dəyişdirilə bilər.Misal üçün, müdafiə sahəsində fəaliyyət göstərən ictimai təşkilatın hesabatlarının maddələri mərkəzi bank kimi təşkilatların maddələrindən əhəmiyyətli dərəcədə fərqlənir.
IG2.Maliyyə vəziyyəti haqqında hesabatın nümunəsi qısa və uzunmüddətli
elementlərin hesabatda fərqləndirilərək göstərilməsinin bir yolunu nümayiş etdirir.Aydın təsnifat aparmaqla hazırlanan formatlar da eyni dərəcədə münasib sayıla bilər.
IG3.Maliyyə hesabatları milli hökuməti nəzərə alaraq hazırlanmışdır və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat Dövlətin Maliyyə Statistikasına uyğun olaraq dövlət funksional təsnifləşdirməsini əks etdirir.Belə funksional təsnifat bütün ictimai sektor müəssisələri üçün münasib olmaya bilər.İctimai sektorunun digər təşkilatları üçün üçün daha ümumi funksional təsnifatlar haqqında nümunə üçün bu Standarta istinad edin.
IG4.Nümunələr İctimai Sektor üzrə Beynəlxalq Mühasibat Uçotu Standartlarının bütün aspektlərini göstərmək üzrə tərtib olunmamışdır.Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, əsas uçot siyasətlərinin açıqlanması üzrə icmal və digər izahedici qeydlər bu nümunələrdə əksini tapmamışdır və bu səbəbdən də onlar maliyyə hesabatlarının bütün sinfini əhatə etmirlər.
Hesabatı təqdim edən təşkilat
Maliyyə hesabatları ictimai sektor üçün nəzərdə tutulub (A Dövlətinin milli hökuməti).Maliyyə hesabatları müvafiq qanunvericiliyə uyğun hesbat verən təşkilatı əhatə edir.Bunlar aşağıdakılardan ibarətdir:
Dövlət Kommersiya Təşkilatları. Hazırlanma üçün Əsaslar:
Maliyyə hesbatları hesabalama metoduna əsasən İctimai Sektor üzrə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun hazırlanmışdır.
Yenidən qiymətləndirilmiş ilkin dəyər metodu ilə qiymətləndirmədən istifadə olunur.
Maliyya hesabatlan faaliyyatin fasilasizliyi prinsipina asaslanaraq haz1rlanm1§d1r va bUtUn dbvrU ahata edir.
Maliyyə Vəziyyəti HaqqındaHesabat31Dekabr20X2-ciil (min valyuta vahidi ilə)