İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə199/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   195   196   197   198   199   200   201   202   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

22.3. ÜZGÜÇÜLÜK GİGİYENASI
Üzgüçülüyün orqanizmə hərtərəfli və çox xeyirli təsiri vardır. O, orqanizmin hormonal inkişafına kömək edir, əzələ, ürək qan-damar, tənəffüs və sinir sisteminin möhkəmlənməsində, iradi keyfiyyətlərin təkmilləşməsində böyük hal oynayır. Üzgüçülük bədənin möhkəmləndirilməsində ən yaxşı vasitələrdən biridir. Düzgün təşkil edilməmiş məşğələlər, suyun hərəkətinin aşağı salınması, tibbi nəzarətin olmaması üzgüçülüklə məşğul olanların sağlamlığına mənfi təsir göstərə bilər.

Üzgüçünün rejimi elə qurulmalıdır ki, o, gündə iki-üç dəfə məşq edə bilsin. İdmançının istirahətini düzgün təşkil etmək üçün onun gündəlik fəaliyyətinin bir-birini əvəz etməsinə xüsusi fikir vermək lazımdır. Məşqlər zamanı bir məşq yükündən digərinə keçməyi vaxtında təşkil etmək vacibdir.

Üzgüçülərin bədəninin möhkəmləndirilməsində günəş və ultrabənövşəyi şüa vannaları qəbul etmək, yatmazdan qabaq ayaqları soyuq su ilə yumaq, səhər və axşam boğazı soyuq su ilə yaxalamaq, bədənə soyuq su tökmək məsləhət görülür.

Üzgüçünün məşq rejimini normallaşdırarkən yaş və cinsi xüsusiyyətləri nəzərə alınmalıdır. Onun məşqi zamanı suda qalma müddəti təyin edilməlidir. Bu müddət onun dərisinin termik qıcıqlandırma reaksiyası ilə təyin edilir ki, bu da üç fazada olur:

1 fazada dəri kəskin hərarət dəyişikliyinə (soyuqlamaya) qan damarlarının sıxılması (spazmı) ilə cavab verir;

II fazada isə bu spazmı fəal hiperemiya (qızartı) əvəz edir, belə ki. qan damarları genişlənir, soyuqlama hissi keçir;

III faza suda uzun müddət qaldıqda baş verir. Bu zaman fəal hiperemiya keçir, dəri qaz dərisinə oxşayır, dodaqlar göyərir, idmançı titrəməyə başlayır. Bu idmançının istilik tənzimlənməsinin zəifləməsini göstərir. Belə olduqda məşq mütləq dayandırılmalıdır. Uşaqlarla məşq keçirilərkən nəzərə almaq lazımdır ki, onların bədəni böyüklərinkinə nisbətən tez soyuyur və buna qarşı mübarizə aparmaq onlar üçün çətinlik törədir. Suyun temperaturu 22-260 C, havanınki 26-270C olduqda məşqə başlamaq olar. Sonrakı məşqlərdə suyun hərarətini bir qədər salmaq olar. Üzgüçüdə məşq yükü yüksək olduğu üçün iş qabiliyyətini bərpa etmək və artırmaq məqsədilə müxtəlif vasitələrdən geniş istifadə edilir. Bunlardan masajın müxtəlif növlərini-duşu, isti və kontras vannaları, saunanı və s. göstərmək olar.

Üzgüçülüyə xas olan və uzun müddət suda qalmaqla əlaqədar xəstəliklərə konyuktiviti, yuxarı tənəffüs yolları və eşitmə üzvlərinin iltihabını göstərmək olar. Üzgüçülər xroniki rinit (zökəm) və tonzillitlərlə də daha çox xəstələnirlər. Üzgüçülər arasında ən çox rast gələn xəstəliklərdən epidermofitiyanı göstərmək olar. Bu xəstəliyə duşxanada və digər yardımçı otaqlarda yoluxmaq mümkündür. Epidermofitiya sistematik müalicə tələb edir. Profilaktika məqsədilə üzgüçülük hovuzlarında rezin ayaqqabılarla gəzmək lazımdır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin