Suda xloridlərin təyini. Suda xloridlərin miqdarının kəskin artması onun mal-qara tullantıları ilə çirklənməsininə sübutdur. Suda xloridlərin norma həddi 30-50 mq/1-dən çox olmur. Suda xloridlərin olması onun gümüş nitratla çökdürülməsi yolu ilə təyin edilir. Gümüş xlorid ağ rəngdə çöküntü olub azot turşusunda həll olmur. Suda xloridləri təyin etmək üçün sınaq şüşəsinə müayinə olunan sudan töküb üzərinə 2-3 damcı nitrat turşusu və bir neçə damcı gümüş nitrat əlavə edilir. Suda xloridlərin miqdarı az olduqda ağ bulantı, çox olduqda ağ çöküntü əmələ gəlir.