İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə118/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   114   115   116   117   118   119   120   121   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Suyun rənginin təyini. İçməli su rəngsiz olmalıdır. Su rənglidirsə, onu içmək olmaz. Suyun rəngini təyin etmək üçün süzgəcdən süzülmüş, müayinə olunan sudan rəngsiz silindrə 40 sm-dən az olmayaraq töküb onu eyni həcmli distilə edilmiş su ilə ağ fonda müqayisə edirik. Müayinənin nəticəsi belə qiymətləndirilir: rəngsiz, boz, yaşıl və s. rəngdə. Bu məqsədlə çox vaxt xrom-kobalt etalonundan da istifadə edilir.

Suyun kimyəvi tərkibinin müayinəsi. Suda mineral maddələrin miqdarı adətən həmin yer üçün sabit olur. suyun kimyəvi tərkibinin dəyişməsi su mənbəinin başqa maddələrlə çirklənməsini göstərir. Suda kimyəvi maddələr laboratoriya şəraitində təyin edilir. Suda ən çox əhəmiyyətli olan azotlu maddələrin. Xloridlərin və müvəqqəti çoxluğun təyin edilməsidir.

Suda azotlu maddələrin olması (amonyak, nitrit və nitrat) onun heyvan mənşəli üzvi maddələrlə çirklənməsi, o cümlədən, çirklənmənin davam etməsi haqqında məlumat verir. Ammonyak çürümənin ilk məhsullarından olub, çirklənmənin təzə olduğunu göstərir, nitritlər və xüsusilə nitratlar üzvü minerallaşmanın son məhsulları kimi, suyun çoxdan çirklənmiş olduğunu göstərir. Suda, eyni zamanda amonyak, nitrit və nitratlar tapılarsa, bu çirklənmənin davam etdiyinin göstəricisidir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin