İdman təbabəTİ VƏ GİGİyena


SU TƏCHİZATI MƏNBƏLƏRİ VƏ SU



Yüklə 1,93 Mb.
səhifə114/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   110   111   112   113   114   115   116   117   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

15.5. SU TƏCHİZATI MƏNBƏLƏRİ VƏ SU

KƏMƏRLƏRİNİN SANİTARİYA MÜHAFİZƏSİ
Əhalinin sağlamlığı üçün suyun çox böyük əhəmiyyəti olduğuna görə yaşayış yerlərinin su təchizatı üzərində sanitariya nəzarətinin olması vacib məsələdir. Sanitariya nəzarətinin xüsusiyyəti həmin yaşayış məntəqəsinin su təchizatı sistemindən asılıdır.

İki cür su təchizatı sistemi vardır:



  1. Mərkəzləşdirilməmiş və ya yerli su təchizatı.

  2. Mərkəzləşdirilmiş su təchizatı – su kəməri.

Yerli su təchizatında suyu, bilavasitə mənbələrdən-quyulardan, bulaqlardan götürürlər. Mərkəzləşdirilmiş su təchizatında isə su əhaliyə boru kəmərləri vasitəsilə verilir. Mərkəzləşdirilmiş su təchizatı daha təkmilləşmiş sistem olduğu üçün yerli su təchizatı sistemini getdikcə sıxışdırıb çıxarır. Su kəməri çəkdikdə bu məqsədlə daha yaxşı su mənbələri seçməyə, onları çirklənməyə qoymamağa, texniki cəhətdən düzgün tikməyə, lazım gələrsə suyu təmizləməyə və zərərsizləşdirməyə, ixtisaslı profilaktiki nəzarət və cari sanitariya nəzarəti aparmağa imkan olur. Su kəməri suyunun keyfiyyətinin dəyişməsinin qarşısını almaq üçün mühafizə zonaları təşkil edilir. Bu zona üç qurşaqdan ibarətdir:

Birinci qurşaq və ya ciddi rejim zonası. Bura su götürülən yer, baş qurğular-nasos stansiyaları, su təmizləmə qurğuları, təmiz su çənlərinin yerləşdiyi ərazi daxildir. Bu ərazinin ətrafına hasar çəkilir və keşikçi qoyulur. Kənar adamların bura gəlməsi və zonanın ərazisində adamların yaşaması qadağan edilir. Bütün ərazi yaşıllaşdırılmalı, nümunəvi abadlaşdırılmalı, atmosfer sularının su götürülən sahələrindən aşağı hissələrə axıdılması üçün tədbirlər görülməlidir.

İkinci qurşaq və ya məhdudlaşdırma zonası. Bu zona su hövzəsini və onun qollarının ətrafındakı ərazini əhatə edir. Məhdudlaşdırma zonasına su götürülən yerdən axının əksinə onlarca kilometr, axın istiqamətində isə yüzlərlə metr uzunluğunda ərazi daxil edilir. Bu zonada sanitariya orqanlarının icazə vermədiyi yerlərdə çimmək, mal-qara suvarmaq, paltar yumaq qadağan edilir.

Üçüncü qurşaq və ya müşahidə zonası. Bura məhdudlaşdırıcı zonaya qovuşan ərazi daxildir. Burada su ilə yayılan xəstəliklərin qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədilə ciddi işlər aparılır. Müşahidə zonasında su ilə yayılan xəstəliklər baş verdikdə su kəmərində suyun təmizlənməsini yaxşılaşdıran və onun keyfiyyətinə nəzarəti gücləndirən tədbirlər görülməlidir.



    1. Yüklə 1,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin