Suyun ozonlaşdırılması. Ozon suda parçalanaraq sərbəst oksigen atomu verir. Ozonun xlora nisbətən daha güclü oksidləşdirici və bakteriosid təsirini bununla izah edirlər. Ozonlaşdırılmış suyun rəngi azalır, kənar iy və dad itir, əhali bu suyu bulaq suyuna bərabər tutur. Bu suda kənar maddələr və patogen mikroblar məhv olur.
Su kəmərlərində xlorlaşdırmaya nisbətən ozonlaşdırmanın az tətbiq edilməsinə səbəb ozon almaq üçün çoxlu elektrik enerjisinin sərf edilməsidir. Suyu xlorlaşdırmağa icazə verilmədikdə, onu kənar iylər, dadlar və mikroblardan azad etmək lazım gəldikdə, habelə ucuz elektrik enerjisi olan yerlərdə ozonlaşdırmadan istifadə edilir.
Dostları ilə paylaş: |