15.4. SUYUN KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASININ
GİGİYENİK ƏSASLARI
Suyun keyfiyyətini yaxşılaşdırmaq üçün bir çox üsullar mövcuddur. Bu üsullarla suyu təhlükəli qarışıqlardan və mikroorqanizmlərdən, asılı hissəciklərdən, suyu rəngləyən qum birləşmələrindən, artıq duzlardan (kalsium, maqnezium, dəmir, manqan, flor və s.), üfunətli qazlardan, toksik və radioaktiv maddələrdən təmizləyirlər.
SUYUN TƏMİZLƏNMƏSİ. Təmizlənmə zamanı suyun fiziki göstəricilərinin yaxşılaşdırılması, xüsusən, şəffaflaşdırılması və müəyyən dərəcədə rəngsəizləşdirilməsi nəticəsində o bəzi kimyəvi maddələrdən, mikroorqanizmlərdən, helmint yumartalarından müəyyən dərəcədə azad olur.
Suyu durultmaq və qismən rəngsizləşdirmək üçün onu uzun müddət çökdürmək lazımdır. Suyun çökdürülməsi durğun və ya yavaş axan suda xüsusi çəkisi Sudan çox olan asılı maddələrin dibə çökməsinə əsaslanır. Suyu həm su mənbələrində, həm də su anbarlarında çökdürürlər. Lakin təbii çökmə çox yavaş gedir və bu vaxt su bir o qədər də rəngsizləşmir. Asılı hissəcikləri tez çökdürmək, suyu rəngsizləşdirmək məqsədilə təcrübədə koaqulasiya üsulundan istifadə edilir. Bunun üçün suya koaqulyant adlanan maddələr-AL2(SO4)3, Fe Cl3, FeSO4 və s. tökürlər. Koaqulyantlar suda həll olmuş elektrolitrlərlə reaksiyaya girib hidroksidlər əmələ gətirir, bunlar ağ lopalar halında tez dibə çökür.
Lopalar dibə çökdükdən, süzgəcdən buraxıldıqdan sonra su şəffaflaşır və rəngsizləşir. Koaqulyasiya üsulunun tətbiqi sayəsində suyun durulma müddəti 2-3 saat çəkir və sürətli süzgəclər tətbiq etmək mümkün olur.
Koaqulyasiyadan və durulduqdan sonra su sürətli süzgəclərə verilir. Bu süzgəclər dənələri 0,5-1,0 mm qədər, qalınlığı 80 sm olan qum qatından ibarətdir. Suyun süzülmə sürəti 5-8 l/saatdır. Süzülmə prosesi avtomatik surətdə tənzim edilir.
Süzgəc işə başlayan kimi qumun yuxarı qatında pərdə əmələ gəlir, bu çökməmiş koaqulyant lopaları və bunlara yapışmış hissəciklərdir. Bu asılı qarışıqların və mikrobların tutulub saxlanması prosesini yaxşılaşdırır. 8 – 12 saatdan sonra bu qat bərkiyir, süzmə prosesi yavaşıyır. Bu zaman süzgəcin işini saxlayır və bu pərdəni kənar etmək üçün aşağıdan yuxarıya verilən təmiz su ilə 10-15 dəqiqə süzgəci yüyürlar.
Suyu koaqulyasiya etdikdən, çökdürdükdən və süzdükdən sonra o şəffaflaşır, rəngsizləşir, helmint yumurtalarından və qismən də mikroblardan təmizlənir.
Dostları ilə paylaş: |