Suyun zərərsizləşdirilməsi. Suyun keyfiyyətini yaxşılaşdırmaq üçün geniş yayılmış üsullardan biri onun zərərsizləşdirilməsidir. Bu üsulu torpaqaltı və yerüstü suları işlədəndə tətbiq edirlər.
Su kimyəvi və fiziki üsullarla zərərsizləşdirilir. Kimyəvi üsulla suyu zərərsizləşdirmək üçün ona bakterisid təsirli maddələr – qaz halında xlor, tərkibində aktiv xlor olan müxtəlif birləşmələr, ozon, gümüş duzları və s. qatırlar.
Fiziki üsullarla zərərsizləşməyə suyun qaynadılması, onun ultrabənövşəyi şüalarla şüalandırılması, yüksək tezlikli ultrasəs dalğaları ilə, yüksək tezlikli elektrik cərəyanı ilə, sürətli elektronlarla və qamma şüalarla təsir etmək aiddir. Hazırda suyun xlorlaşdırılma, ozonlaşdırılma, ultrabənövşəyi şüalarla şüalandırılma, yerli su təchizatı şəraitində isə suyun qaynadılması geniş yayılmışdır.
Dostları ilə paylaş: |