İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə106/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   102   103   104   105   106   107   108   109   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

15.3.2. Yeraltı sular
Yeraltı sulara torpaq suları, qrunt və layarası sular aiddir. Torpaq suları torpaq səthinə düşən atmosfer suları, maye tullantılar və s. hesabına əmələ gələrək torpağın səthində olan tullantılar və mikroorqanizmlərlə zəngin olur. Ona görə də, bu sular sanitariya-gigiyenik baxımdan etibarsız hesab edilir və adətən içmək üçün yaramır.

Yerə yağmış yağıntıların bir qismi buxarlanır, bir qismi isə su keçirən suxurların məsamələrindən sızıb torpağın dərinliklərinə keçir.

Bu sular yer səthinin altındakı birinci su keçirməyən təbəqənin üstündə toplanıb birinci su qatını əmələ gətirir ki, buna torpaqaltı sular deyilir. Yerli şəraitdən asılı olaraq bu sular 1-30 metrə qədər dərinlikdə olur. Çox vaxt torpaqaltı sulardan yerli su təchizatı üçün istifadə edirlə. Bu sular şəffaf, rəngliyi cüzi olur. Həll olmuş duzların miqdarı dərinə getdikcə artır. Xırda dənəli suxurlarda 5-6 m dərinlikdən başlayaraq torpaqaltı sularda bakteriyalar olmur.

Torpaq tullantılarla və natəmizliklərlə çirkləndikdə torpaqaltı sularda patogen mikroorqanizmlərin olma ehtimalı təhlükəsi yaranır. Torpaq nə qədər çox çirklənmiş və tullantılar nə qədər dərində olarsa, bu təhlükə bir o qədər çox olur. Kənd yerlərində hörmədivarlı və borulu quyular qazıb torpaqaltı sulardan istifadə edirlər.



Layarası sular. Torpaqaltı sular su keçirməyən layın yamacı ilə hərəkət edərək elə bir sahəyə gəlib çıxır ki, ondan üstdə və altda suya davamlı suxurlar olur. Bu cür sulara layarası sular deyilir. Bu sular suyadavamlı tavan və döşəmə arasında olur. Yerli geoloji şəraitdən asılı olaraq layararsı sular ikinci, üçüncü və s. sulu qatlar əmələ gətirə bilir. Layarası sular bir qayda olaraq suya davamlı qatlar arasındakı bütün boşluqlara dolur və onun suya davamlı tavanında borulu quyu qazılarsa, təzyiq altında boru ilə yerin səthinə qalxar. Layarası sular ən yaxşı su mənbəyi hesab olunur və çox vaxt əhaliyə təbii halda təmizlənmədən su kəməri vasitəsilə verilir. Layarası sulardan təsərrüfatda və məişətdə də istifadə etmək olar.

Bulaqlar. Relyef enişli olduqda dağ yamaclarında, yarğanlarda torpaqaltı və ya layarası sular yol taparaq üzə çıxır və bulaqlar əmələ gətirir. Bulaqların suyu kifayət qədər olduqda yaşayış məntəqələrinə su kəməri çəkmək mümkün olur. Bu sular çox təmiz və içmək üçün daha yararlıdır.

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin