Mikroorqanizmlər
|
SU
|
Steril
|
Su kəməri
|
Quyu
|
Çay
|
Bağırsaq çöpləri
|
8-365
|
2-262
|
Məlumat yoxdur
|
21-183
|
Qarın yatalağı törədicisi
|
6-365
|
2-93
|
1,5-107
|
4-183
|
Paratif B törədicisi
|
39-167
|
27-97
|
Məlumat yoxdur
|
Məlumat yoxdur
|
Dizenteriya törədicisi
|
2-72
|
15-27
|
Məlumat yoxdur
|
12-92
|
Xolera vibrionu
|
3-392
|
4-28
|
1-92
|
0,5-92
|
Leptospirozlar
|
16
|
Məlumat yoxdur
|
7-75
|
150-yə qədər
|
Tulyaremiya törədicisi
|
3-15
|
92-yə qədər
|
12-60
|
7-91
|
Belə xəstəliklər sırasında bağırsaq infeksiyalarını (vəba, qarın yatalağı, dizenteriya, paratiflər), tulyaremiyanı, leptospirozları, bruselloz xəstəliyini, infeksion hepatiti, poliomieliti və s. göstərmək olar.
Su, eyni zamanda, bir sıra helmint xəstəlikləri və bağırsaq invaziyalarının yayılmasında mühüm rol oynayır. Bunlara askaridoz, ankilostomotoz, lyamblioz, şistoromator xəstəlikləri misal ola bilər. Bu xəstəliklər çirkli su mənbələrindən su içdikdə, meyvə və tərəvəzi yuduqda, çimdikdə baş verir.
Xəstəlik törədən bakteriyalar su kəmərinə bağlı anbarlardan düşdükdə həmin xəstəliklərin əhali arasında geniş yayılması qorxusu da artır. Ev şəraitində və tarla düşərgələrində suyu saxlayarkən gigiyenik qaydalar göslənilmədikdə və şəxsi gigiyena qaydalarına riayət edilmədikdə də yoluxucu xəstəliklərin su ilə yayılması mümkündür.
Yaşayış binalarında, mədəniyyət, müalicə-profilaktika və uşaq müəssisələrində təsərrüfat - məişət ehtiyaclarını ödəmək, yeyinti məhsulları istehsal etmək və ictimai-iaşə müəssisələrində şəxsi gigiyena üçün istifadə edilən duşxanalarda, hamamlarda, habelə mərkəzləşdirilmiş istilik su sistemlərində əhaliyə verilən su gigiyenik qaydalara cavab verəcək tərkibdə olmalıdır.
Dostları ilə paylaş: |