İdman təbabəTİ VƏ GİGİyena


HAVANIN HƏRƏKƏTİNİN TƏYİNİ –ANEMOMETRİYA



Yüklə 1,93 Mb.
səhifə100/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   96   97   98   99   100   101   102   103   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.4.4. HAVANIN HƏRƏKƏTİNİN TƏYİNİ –ANEMOMETRİYA

Hava cərəyanının sürəti insanların sağlamlığında müəyyən rol oynayan, ərazinin hava və iqlim göstəricilərinə təsir edən meteoroloji amillərdəndir.

Havanın sürətini təyin etmək üçün anemometrdən istifadə edilir. anomometrlər dinamik və statik olur.

Dinamik anemometrlər iki növdür: pərli (dəyirman tipli) və fincanlı. Külək onları hərəkətə gətirir. Bu hərəkət dişli çarxlar vasitəsi ilə əqrəblərə ötürülür. Əqrəblər sferblatın üzərində olan şkalalarda bizə havanın hansı sürətlə hərəkət etdiyini göstərir. Ölçmə 1-3 dəqiqə müddətində aparılır. Nəticə bir saniyəyə hesablanır və m/san ilə qeyd olunur. Statik anemometrlərdən meteoroloji stansiyalarda istifadə edilir. Bu anemometrlər şaquli surətdə asılmış lövhədən və qövsvari şkaladan ibarətdir. Küləyin gücünün təsirindən lövhə qalxır və qövsü şkalada olan rəqəmlərdən birinin qarşısında dayanır. Həmin rəqəmi cihazın pasportunda olan cədvəldə yerinə qoyub küləyin sürətini tapırıq.

Küləyin istiqaməti üfüqün hansı səmtindən əsməsi ilə təyin edilir və həmin cəhətlərin baş hərfləri ilə qeydə alınır ki, buna rumba deyilir. Cəhətlər dörd tam və dörd yarı olaraq 8 rumbaya bölünür – şimal, şərq, cənub, qərb və s. Küləyin istiqamətini ölçən alətə fyuter deyilir. Bu oxa keçirilmiş sərbəst fırlanan borudan ibarətdir. Onun orta hissəsinə qanadları olan ox bərkidilmişdir (flyuqarka). Bu ox həmişə fırlanaraq küləyin səmti istiqamətində dayanır.

Rumbalar üzrə küləyin istiqamətinin təkrar olunmasının qrafik ifadə edilməsi «külək külü» adlanır. Külək külü bizə hakim küləklərin səmtini göstərir. Bunun da şəhərlərin, qəsəbələrin salınmasında, xəstəxanada, idman qurğuları, məktəblərin tikilməsində böyük rolu vardır. Külək külü sənaye müəssisələrində, zavodlarda, fabriklərdə, istehsalat şəraitində, kənd təsərrüfatı işləri zamanı atmosferə buraxılan zəhərli qazların, tozların, sənaye tullantılarının, tüstülərin hansı istiqamətə daha çox getməsini göstərir və onlardan qorunmağa imkan verir. Külək külü bir ildən az olmayan müddətdə təyin edilir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin