İdman təbabəTİ VƏ GİGİyena


HAVADA TOZLARIN VƏ MİKROBLARIN TƏYİNİ



Yüklə 1,93 Mb.
səhifə101/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   97   98   99   100   101   102   103   104   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.4.5. HAVADA TOZLARIN VƏ MİKROBLARIN TƏYİNİ

Havada tozların cüzi miqdarı belə orqanizmə xoşgəlməz təsir göstərə bilir. Tozla bərabər orqanizmə mikroorqanizmlər də düşür, çünki xəstəlik törədən mikroblar tozlarda uzun müddət qalır və uzaq məsafələrə yayılır.

Havada tozları bir çox üsulla təyin edirlər. Onlardan ən çox yayılanı aspirasion üsuludur. Bu məqsədlə 0,5 qram (0,001 dəqiqlikdə) yağsızlaşdırılmış pambıq götürülür, alonjun içərisində qoyulur, soruyucu nasos və ya aspirator vasitəsilə müəyyən miqdarda (300-500 litr) hava buraxılır. Pambıq yenidən çəkilir, çəki fərqinə görə tozların miqdarı tapılır və 1 m3 havaya hesablanır. Norma üzrə havada tozların miqdarı 0,15 mq/m3 –dən artıq olmamalıdır.

Havanın mikrobla çirklənməsini öyrənmək məqsədilə aparılan sanitar-gigiyenik müayinənin böyük əhəmiyyəti vardır. Belə ki, yarış və məşqlərdən sonra üstüörtülü idman qurğularında mikrobların sayı 1 m3 havada 26.000 qədər arta bilər. Buna görə də, havada mikrobların ümumi sayı lazım gəldikdə ayrı-ayrı növlərdə təyin edilir. Havada mikrobları təyin etmək üçün Krotov aparatından istifadə edilir. Bu aparatın içərisinə qidalı mühiti olan Petri kasacığı qoyulur və hava buraxılır.sonra həmin kasacıq 2 gün termostatda saxlanılır və əmələ gələn kaloniyalar sayılır.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin