İdman təbabəTİ VƏ GİGİyena


ATMOSFER TƏZYİQİNİN ÖLÇÜLMƏSİ-BAROMETRİYA



Yüklə 1,93 Mb.
səhifə99/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   95   96   97   98   99   100   101   102   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.4.3.ATMOSFER TƏZYİQİNİN ÖLÇÜLMƏSİ-BAROMETRİYA

Atmosfer təzyiqini ölçmək üçün civəli və metallik barometrlərdən istifadə edilir. Civəli barometrlər kasalı və sifonlu olur. Civəli-kasalı barometr civə ilə doldurulmuş şaquli borudan ibarətdir. Bu borunun yuxarı ucu qapanmışdır, aşağı ucu isə civə ilə doldurulmuş kasaya salınmışdır. Atmosfer təzyiqi yüksəldikdə kasadakı civənin səthinə göstərilən təzyiq artdığından boruda civənin səviyyəsi yüksəlir. Havanın təzyiqi azaldıqda isə civə borudan qayıtdığına görə onun səviyyəsi enir. Civənin səviyyəsinin dəyişilməsini barometrin borusuna bərkidilmiş xüsusi şkalada müşahidə etmək olar. Şkalanın bölgüləri atmosfer təzyiqini mm civə sütunu ilə tam ədədlərlə göstərilir.

Civəli barometrlə atmosfer təzyiqini təyin etmək üçün o, otağın əsaslı divarında (silkələnməmək üçün) qapı və pəncərələrdən, qızdırıcı cihazlardan uzaqda asılmalı, günəş şüalarından qorunmalıdır. Müayinə zamanı barometrin əsas şkalasında civə sütununun menisk səviyyəsinə uyğun gələn tam ədədləri (mm civə sütunu ilə) qeyd edilir.

Civəli-sifonlu barometrdə civə kassa əvəzinə xüsusi əyilmiş boruya-sifona doldurulur, müayinələrin prinsipi ilə civəli-kasalı barometrə uyğun aparılır.

Metal barometr - aneroid xüsusi futlyarda içərisində vakuum yaradılmış nazik metal yastıqlardan ibarətdir. Atmosfer təzyiqi dəyişdikdə həmin yastıqların səthinə göstərilən təzyiq dəyişir. Metal yastıqların bu hərəkəti artıb-azaldığından yastıqlar həcmini və formasını dəyişir və bu, birləşdirici qollarla xüsusi əqrəbə ötürülür, əqrəb isə şkala üzərində mm civə sütunu ilə atmosfer təzyiqini göstərir. Metallik barometrlər nisbətən az dəqiqliyə malikdir, lakin istifadəsi asan olduğundan səyyar şəraitdə geniş istifadə olunur.

Müəyyən vaxt ərzində atmosfer təzyiqinin dəyişmələrini yazmaq üçün xüsusi cihazdan – baroqrafdan istifadə edirlər. Baroqraf xüsusi futlyarda bərkidilmiş aneroid-metal yastıqlardan və saat mexanizmi ilə təchiz edilmiş fırlanan barabandan ibarətdir. Atmosfer təzyiqinin dəyişməsi yastıqların həcminin dəyişməsinə səbəb olur, bu hərəkət birləşdirici qollarla yazan qələmə ötürülür və baraban üzərində bərkidilmiş kağız lent üzərində yazılır. Qrafik yazıya (baroqrammaya) əsasən atmosfer təzyiqinin dəyişməsi təyin edilir. Baroqrafın barabanı, adətən, bir həftəyə tam dövr etdiyindən 7 gün ərzində atmosfer təzyiqinin dinamikasına nəzarət etmək olur.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin