1. Təbii ventilyasiya. Qızdırılan otaqda isti hava yuxarı qalxır, divarların yarıqlarından və məsamələrdən bayıra çıxır və bayırdan otağın aşağı hissəsinə soyuq hava kütləsi gəlir. Otaqdakı hava ilə bayırdakı havanın hərarəti arasında fərq nə qədər çox olarsa, hava mübadiləsi də bir o qədər sürətlə gedir. Lakin hərarət fərqi hesabına zalların hava mübadiləsi adətən çox olmur. Belə ki, hətta qışda otağın havası 2-3 saatda bir dəfə belə dəyişdirilmir.
Otağın havasının dəyişdirilməsində külək çox böyük rol oynayır. Təbii ventilyasiyanı artırmaq üçün pəncərələrin nəfəslik və xəfənglərini açmaq lazımdır.
Qışda otağın havasını dəyişmək üçün pəncərənin yuxarısında olan xəfəngin xüsusi əhəmiyyəti vardır. O, 35-450 bucaq altında içəriyə açılır, bayırdakı soyuq hava öz yolunda otağın isti havasına qarışır və qızaraq aşağıya enir. Yayda 15-20 dəqiqəlik ikitərəfli hava cərəyanı yaratmaqla otaqda havanın hərarətini və rütubətini aşağı salmaq olar. Otaqda və ya mənzildə qızdırıcı cihazlar qoymaqla hava mübadiləsini gücləndirmək mümkündür. Zallarda havanın hər adama düşən payını hesablamaq üçün onun həcmi ölçülür və məşq edənlərin sayına bölünür. Bundan əlavə nəfəslik və xəfənglərin ölçülərini döşəmə sahəsi ölçülərinə bölərək havanın dəyişmə əmsalı hesablanır. Havanın dəyişmə əmsalı 1/50-dən az olmamalıdır. Nəfəslik və xəfənglərin qısa müddətli açılması da buna yardım edə bilər.
İdman zallarında hər idmançı üçün 1 saatda 80 m3, hər tamaşaçı üçün 20 m3 hava lazımdır.
Dostları ilə paylaş: |