İdman qurğusunun yeri (şəhər daxilində və ya şəhər kənarında);
Ümumi sahəsi və hasarı;
Sahəsinin vəziyyəti: hamar və ya kələ-kötür, küləklərdən qorunması, işıqlanması, topağı (çirkli, quru, nəm, çınqıllı, daşlı), ətrafındakı sənaye müəssisələri, hakim küləyin istiqaməti, qoruyucu zona (meşə, park) və s;
Nəqliyyat vasitələri;
Sanitar abadlığı, yaşıllıq sahəsi (faizlə), süni işıqlanma, su kəməri, kanalizasiya;
Havanın hərarəti, rütubəti, küləyin sürəti;
Futbol meydançası: ölçüləri, ot örtüyünün vəziyyəti (bircinsli və ya qarışıq olması). Kənar maneələrdən məsafəsi;
Qaçış yolu: örtüyü, vəziyyəti, finişdən sonrakı düz xəttin uzunluğu;
Tullanmaq üçün yer: yerləşdirilməsi, xəndəyin ölçüləri, doldurulma materialları;
Alət atmaq üçün yer: yerləşdirilməsi, qoruyucu və ehtiyat tədbirləri;
Voleybol və basketbol meydançaları, ölçüləri, örtüyün vəziyyəti;
Digər idman meydançaları;
İdman avadanlığı və ləvazimatı: miqdarı, standarta uyğunluğu;
Yardımçı qurğular: soyunub-geyinmə otağı, masaj otağı, hamam, tibb məntəqəsi və s;
Tribunalar, yerləşdirilməsi, görmə sahəsi və vəziyyəti;
Əlavə məlumatlar;
Obyektin sanitar vəziyyəti haqqında ümumi rəy;
Obyektin sanitar vəziyyətini yaxşılaşdırmaq üçün təkliflər;