İDMANÇI GEYİMİNİN GİGİYENASI. Bütün yuxarıda deyilənlərdən əlavə, idmançının geyimi yüngül olmalı, cəld və çevik hərəkətləri məhdudlaşdırmamalı, bədəni sıxmamalıdır. İdman kostyumları bədənin ölçülərinə uyğun gəlməlidir. Həddindən artıq dar və gen ölçülü idman kostyumu zədələnməyə, paltarın müəyyən hissələrində kobud tikişlər isə dəridə sıyrıltıya və sürtülməyə səbəb ola bilir.
Yayda idman meydançaları və zallarında yüngül, açıq tipli məşq kostyumları geymək məsləhətdir. Bu məqsədlə tuman və maykadan istifadə etmək daha əlverişlidir. Qış vaxtı isə yun kostyum geyilir. İstifadə edilən ayaqqabılar idman növlərinə uyğun olmalıdır.
İdman geyiminə və ayaqqabısına qulluq da böyük əhəmiyyətə malikdir. İdman forması və ayaqqabısını soyunub-geyinmə otağında geyib zala keçmək lazımdır. Əks təqdirdə idman zalına toz-torpaq gətirmiş olarıq. İdman forması vaxtlı-vaxtında yuyulmalıdır. Bəzən lazım gələndə formalar hər gün yuyulmalıdır. Yuyulması məsləhət görülməyən geyimlər isə kimyəvi və ya adi üsulla təmizlənir. İdman əşyaları (əlcəklər, maskalar, şlemlər və s.) etil spirti, odekalon və ya hidrogen peroksidi ilə dezinfeksiya edilməlidir.
Dostları ilə paylaş: |