İDMANÇILARIN CİNSİ ƏLAQƏLƏRİNİN GİGİYENASI. Cinsi əlaqənin gigiyenik qaydalarına əməl edilməsi idmançının iş qabiliyyətinin artırılmasında və sağlamlığının qorunmasında böyük əhəmiyyətə malikdir. Düzgün cinsi əlaqə ancaq ailə şəraitində ola bilər. Bəzən idmançının təkmilləşməsinə ailə həyatının mənfi təsir göstərməsi haqqında düzgün olmayan mülahizələr söyləyirlər. Lakin müşahidələr göstərmişdir ki, ailəsi olan bir çox idmançı yüksək nəticələri uzun müddət ərzində saxlayır. Ailə idmançıların nəinki fiziki, həm də mənəvi vəziyyətinə müsbət təsir göstərir.
Düzgün cinsi əlaqə zamanı idmançı çox yorğunluq hiss etmir, əhval-ruhiyyəsi yaxşı olur, iş qabiliyyəti, məşq etmək meyli yüksək olur. Hər bir idmançı özünə cinsi əlaqənin müəyyən ritmini seçməli, məşq və yarışlara hazırlıq zamanı həmin ritmə əməl etməlidir. Cinsi əlaqə zamanı müəyyən enerji sərf edildiyi və yorğunluq hissi əmələ gəldiyi üçün, mütləq, cinsi yaxınlıqdan sonra istirahət tələb olunur. Yaxşı olar ki, güclü məşq günləri və yarışlar ərəfəsində idmançı cinsi əlaqəni təxirə salsın. Cinsi əlaqənin artıqlığı idmançının orqanizminə mənfi təsir göstərir. Belə olduqda idmançının iş qabiliyyəti azalır, idman nəticələri kəskin surətdə aşağı düşür.
Zöhrəvi xəstəliklərin profilaktikasında ilk növbədə təsadüfi cinsi əlaqələrin qarşısı alınmalıdır.
Dostları ilə paylaş: |