İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə145/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   141   142   143   144   145   146   147   148   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

17.4. SAĞLAM HƏYAT TƏRZİ

Sağlam həyat tərzi dedikdə zərərli adətlərdən (alkoqoldan, papirosdan, narkotiklərdən istifadə etməkdən, cinsi pozğunluqlardan və s.) imtina etmək başa düşülür.



Spirtli içkilərdən istifadə. Qədim yunan filosofu Aristotel sərxoşluğu «könüllü ağılsızlıq» adlandırmışdır. İçkinin cəlbedici qüvvəsi ondadır ki, adamın əhvalı dəyişir, spirtin təsirindən o, əvvəlcə şən, çox danışan, hərəkətli olur, oxuyub, oynamaq istəyir. Adama elə gəlir ki, o, çətin iş görməyə, müşkül məsələləri açmağa qadirdir. Lakin spirtin təsirini öyrənən alimlər belə nəticəyə gəlmişlər ki, spirtin yaratdığı bu əhval-ruhiyyə bədəni zəhərləməkdən başqa bir şey deyildir. Spirtin yaratdığı hər bir aldadıcı xoş dəqiqənin əvəzini orqanizm öz sağlamlığının qismən zəifləməsi ilə ödəyir.

Elm sübut etmişdir ki, spirt bütün canlı orqanizmləri məhv edən zəhərdir. Hətta suda 1 faiz spirt olduqda belə onda yaşayan bütün canlılar ölür. Spirt lap cüzi miqdarda da hüceyrələrə təsir göstərəndə onların həyat fəaliyyətini ləngidir. Alkoqol bədəndə yanır, bədənin oksigeni buna sərf olunduğu üçün o, zülalın laxtalanması və hüceyrələrin büzüşməsinə səbəb olur.

Alkoqol orqanizmin bütün orqan və sistemlərinə mənfi təsir göstərir, mərkəzi sinir sistemini, qaraciyəri, böyrəkləri, ürəyi, damarları zədələyir, hipoksiyanı gücləndirir, fermentləri fəallıqdan salır, dərmanların təsirini azaldır, mübadilə proseslərini, zehni və fiziki əmək qabiliyyətini aşağı salır, şəxsiyyətin tam itirilməsinə qədər gətirib çıxarır.

Alkoqol kişilərdə cinsi zəiflik törədir. Spirtli içkilər orqanizmin tez qocalmasına səbəb olur. Gümrah, sağlam, gənc və güclü orqanizmi sərxoşluq tez zəiflədir, xəstələndirir və qocaldır.



Papiros çəkmək. Papiros çəkmək hazırda çox geniş yayılmışdır, xüsusən, qadınlar və yeniyetmələr arasında getdikcə artır. Bunun bir səbəbi də odur ki, bəzi gənclər papiros çəkməyi səhvən müstəqillik əlaməti hesab edirlər. Papiros çəkən şəxs bilməli və yadda saxlamalıdır ki, o təkcə özünü deyil, ətrafındakıları da zəhərləyir. Tütünün tərkibində 9%-ə qədər nikotin, 0,5% ammonyak, 4,6% nitrat birləşmələri, 1,2% nitrat turşusu, 17% üzvi turşular və 20% kül vardır. Bir ədəd papiros çəkməklə orqanizmə 3-8 mq nikotin daxil olur. İnsan üçün nikotinin birdəfəlik ölüm, dozası isə 60-80 mq-dir. Papiros çəkdikdə nikotindən başqa, tüstünün tərkibində olan siyan turşusu, dəm qazı, karbon qazı, hidrogen sulfit, azot, efirli yağlar da bədənə daxil olub, birgə təsir göstərirlər. Nikotin tüstü ilə ağciyərlərə və qana keçərək bədənin bütün toxumalarına yayılır. Nikotin, güclü zəhərdir. Onun 0,08-0,16 qramı insan üçün ölüm dozasıdır.

Narkomaniya. Narkotik maddələrə aludə olmaq orqanizmə məhvedici təsir göstərərək, onu ən ağır xəstəliyə-narkomaniyaya yuvarladırır. Narkotik maddələrə opium və onun törəmələri (morfi, heroin, dikoin, kodein və s.), kokain, hind çətənə-preparatları (həşiş, nəşə), eləcə də bəzi yuxu dərmanları (verenal, luminal, barbamil və s.) aiddir. Bu maddələr təbabətdə ağrı kəsici, yuxu gətirici, sakitləşdirici dərman kimi işlədilir. Müasir dövrdə bir sıra sintetik narkotik maddələrdən də istifadə edilir.

Narkotik maddələrin ən pis cəhəti ondadır ki, onlara tez adət edilir. Bu, özünü bir çox əlamətlərdə biruzə verir. Narkomanlarda - qəbul edilən dozanı hər dəfə artırmaq tələb olunur, çünki əvvəlki doza lazımi effekti vermir. Həmin şəxsə narkotik maddə verilmədikdə onun əhvalı pozulur, qəmginləşir, yuxusuzluq əmələ gəlir və çox ağır vəziyyətə düşür.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin