İdman təbabəTİ VƏ GİGİyena


GÜNƏŞLƏ BƏDƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ



Yüklə 1,93 Mb.
səhifə153/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   149   150   151   152   153   154   155   156   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

18.4. GÜNƏŞLƏ BƏDƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ
Günəş şüaları, xüsusən, ultrabənövşəyi şüalar orqanizmə müsbət təsir göstərir. Bu zaman mərkəzi sinir sisteminin fəaliyyəti artır, dərinin baryer funksiyası güclənir, maddələr mübadiləsi sürətlənir, qanın tərkibi yaxşılaşır və dəridə D vitamini sintez olunur.

Lakin günəş şüalarından düzgün istifadə edilməməsi nəticəsində orqanizmdə ciddi dəyişikliklər əmələ gələ bilər. Bədəni günəş şüaları ilə möhkəmlətmək üçün ən yaxşı vaxt səhərlər saat 8-9-dan 11-12-yə qədərdir. Günəş vannalarını səhər yeməyindən azı 1-1,5 saat sonra qəbul etmək məsləhətdir. Bu vannaları 10-15 dəqiqədən başlayıb hər dəfə vaxtı 5-10 dəqiqə artıraraq 2-3 saata çatdırmaq lazımdır. Günəş vannaları qəbul etdikdə papaq geyinməli və ya çətir tutulmalıdır, başa ləçək bağlamaq və ya dəsmal salmaq olmaz, çünki belə etdikdə tərin buxarlanması və başın soyunması çətinləşir.

Günəş vannalarından sonra çimmək, duş qəbul etmək və ya bədənin üzərinə su tökmək lazımdır.

Bədəni günəş şüaları ilə düzgün möhkəmləndirdikdə adam özünü gümrah hiss edir, iştahı artır, yaxşı işləyir və yaxşı yatır. Həddindən artıq günəş altında qaldıqda, bədən artıq dərəcədə qızır, süstləşir, zəifləyir, baş ağrıları, ürək döyünmə, yuxusuzluq halları meydana çıxır, bəzən dəridə yanıqlar əmələ gəlir və günvurma da ola bilir. Bədənin günəş altında həddindən artıq yanıb qaralması düzgün sayılmır.

İdmançıların bədəninin möhkəmləndirilməsi ancaq gigiyena qaydalarına ciddi əməl etdikdə səmərəli olur. Bu qaydalara əməl etməyən idmançı çox vaxt idman yarışlarının ən gərgin vaxtında təsadüfi soyuqdəymə nəticəsində xəstələnib sıradan çıxır, özünü və idman kollektivini çətin vəziyyətə salır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin