İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə161/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   157   158   159   160   161   162   163   164   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

A vitamini (retinol). Geniş spektrli bioloji təsirə malik olub, boy artmasına, epitel toxumalarının və endokrin vəzilərinin fəaliyyətinə təsir göstərir, görmə qabiliyyətinin artmasına yardım edir. A vitamini görmə vitamini adlanır və toyuq korluğunun qarşısını almaq üçün əsas vasitədir.

A vitamininin çatışmaması nəticəsində boy artımı dayanır, qaranlıqda görmə zəifləyir, toyuq korluğu əmələ gəlir. Bu zaman rəngləri, ələlxüsus, sarı və göy rənglərini görmə hissiyatı itir, dərinin epitel qatında, gözün və tənəffüs yollarının selikli qişasında dəyişiklik əmələ gəlir. Dəri quruyur və çatlayır.

A vitamini heyvan mənşəli qida məhsularrının tərkibində üstünlük təşkil edir. Daha çox qaraciyərin, kərə yağının, südün, pendirin, balıq yağının, yumurta sarısının tərkibində olur.

A vitaminin provitamini karotin meyvə və tərəvəzlərdə olur, orqanizmdə A vitamininə çevrilir. Karotinin aktivliyi A vitamininkindən 3 dəfə azdır. Bu vitaminə gündəlik tələbat 1,5 mq(5000 mv) olduğu müəyyən edilmişdir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin