Müəllim-Qurbanova Rəna Tələbə-Sarıyev Kamran



Yüklə 166,96 Kb.
tarix10.05.2022
ölçüsü166,96 Kb.
#57324
bor


Fakültə-NMF

Qrup-2.21.3

Fənn-Kimya

Müəllim-Qurbanova Rəna

Tələbə-Sarıyev Kamran

Mövzu-Ağac onsuz bar verməz bor

Ağac onsuz bar verməz-Bor

Borun bitkilərdə kütlə ilə miqdarı 0,001%-dir. O, ən çox əhəmiyyətli mikroelementlərdən biridir, xüsusən də ikiləpəli bitkilər üçün. Bor bakterial və göbələk xəstəliklərinə qarşı davamlılığı artırır. Müəyyən edilmişdir ki, bor dişiciyin dişicik ağzında tozların (tozlanma zamanı) əmələ gəlməsini gücləndirir. Bor ilə yaxşı təmin olunma bitkilərdə karbohidrat və zülal mübadiləsinə hiss olunacaq təsir edir, meyvələrin inkişafına şərait yaradır, qış dövründə kök yumurtasının və soğanağın yaxşı vəziyyətdə qalması imkanını yüksəldir. Bor xüsusilə şəkər çuğunduru, pambıq, kətan, tərəvəz və meyvə və gilə meyvə bitkilərinin məhsuldarlığı üçün lazımdır. Mədəni bitkilərin məhsulları ilə birlikdə hər hektar torpaqdan ildə 10q-a qədər bor yox olur. Onu kökümeyvəlilər və yem otları xüsusi aktiv olaraq aparırlar.

Bor çatışmadıqda bitkilərdə çiçək əmələ gəlmir, toxumların yetişməsi pozulur, cücərmə konusu ölür, çuğundurda özək xəstələnir, kətan bakterioz ilə xəstələnir və demək olar ki, toxum əmələ gətirmir, lifləri isə kövrək və qısa olur.

Bor çatışmazlığının ilk əlamətləri qanadların ən yuxarı hissəsində və ən cavan yarpaqların üzərində müşahidə olunur. Hər şeydən əvvəl böyümə nöqtələrinin xəstələnməsi və ölməsi baş verir. Yuxarı yarpaqlar tünd yaşıl olur, onların qıraqları aşağı qatlanır. Yan qanadlar güclü inkişaf edir, onlar çox asan qırılırlar, yarpaqlar möhkəm və normal yarpaqlara nəzərən qalın olurlar.

Bor artıqlığı olduqda bitkilərin boyu kiçik olur. İndikatoq bitkilər borun torpaqdakı miqdarına müxtəlif reaksiya verir. Məsələn, bor torpaqda yüksək miqdarda olduqda izen və şoran otda nəhəng bitkilər əmələ gəlir.

Heyvan orqanizmində borun miqdarı kütlə ilə 0,0001% olur.

İnsan orqanizmində borun biokimyası az öyrənilib. Yaşlı adamın bədənində 12mq bor olur.

Bor karbohidratlar, piylər, bir sıra vitaminlər və hormonların mübadiləsində iştirak edir, bəzi fermentlərin aktivliyinə təsir edir. Müəyyən edilmişdir ki, trietoksikoz ilə xəstələnmiş xəstələrdə bor əsas mübadilənin azalmasına səbəb olur, insulinin hipoqlikemik təsirini gücləndirir. Məlumatlar var ki, borun böyümənin və həyatın uzun müddətli olmasında müsbət rolu var,

həmçinin kalsium, maqnezium, fosfor və D vitamini mübadiləsinə təsir edir.

Bor bəzi fermentlərə, həmçinin hormonlara zəiflədici təsir edir. Hər gün az dozada borat turşusu uzun müddət orqanizmə qəbul edildikdə çəkinin kəskin azalması baş verir.

Çəkinin itməsi təkcə mübadilə səviyyəsinin artması ilə deyil, həm də hüceyrələrdən və toxumalardan suyun kənarlaşdırılması ilə əlaqədardır.

Bor orqanizmə tərəvəzlər və ət vasitəsi ilə daxil olur.

Borun ən geniş tanınan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:

H3BO3 – borat turşusu

Na2B4O7 ∙ 10H2O – boraks, borat turşusunun natrium duzu.

İlk dəfə bu elementi borat turşusundan fransız kimyaçıları J.Gey-Lüssak və L.Tenar 1808-ci ildə kəşv etmişdir.

İnsan orqanizmində bor atomlarının sayı 5,5 ∙ 1020, bir insan hüceyrəsində 5,5 ∙ 106 ədəddir.





Qida məhsulları ilə borun orqanizmə sutkalıq daxil oması miqdarı 1,3mq olur, həm də bu miqdarın 1,1mq-ı qida, 0,20mq-ı su ilə daxil olur.
Yüklə 166,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin