19.6. MİNERAL MADDƏLƏR
Orqanizmdə mineral maddələrin əhəmiyyəti çox böyükdür. Onlar bütün mayelərin və toxumaların (dişlərin, sümüklərin) tərkibinə daxil olub, onlara möhkəmlik verir, fermentlərin, hormonların, vitaminlərin tərkibində fizioloji aktiv birləşmələr əmələ gətirir. Mineral maddələr orqanizmdə osmotik təzyiqi, turşu-qələvi müvazinətini, su mübadiləsini normada saxlayır. Hazırda məlum olan 104 elementdən 55-60-ı həmişə insan orqanizmində olur.
Mineral maddələr 2 qrupa bölünür:
1. Makroelementlər–onların miqdarı toxumalarda qramlarla olur. Bunlardan natrium, kalsium, kalium, fosfor, maqnezium, xloru göstərmək olar.
2. Toxumalarda 1 mq%-dən az olan elementlərə mikroelementlər deyilir. Mikroelementlər – orqanizmdə onların miqdarı milliqramlarla və daha az olur. Mikroelementlərdən yod, flor, dəmir, kobalt, mis və s. göstərmək olar.
Dostları ilə paylaş: |