19.6.2. MİKROELEMENTLƏR
Mikroelementlərdən ən çox aşağıdakılar qeyd edilir:
Dəmir. Yaşlı insanın orqanizmində dəmir 3,5 q-a qədərdir. Onun 2,4 q-ı hemoqlobinin, qalanı tsə hüceyrələrin və toxuma fermentlərinin tərkibində toplanır. Dəmir oksidləşdirici fermentlərin tərkibinə daxil olub, hüceyrələrdəki mübadilə proseslərini tənzimləyir. Çatışmaması nəticəsində qan azlığı (anemiya) əmələ gəlir. Dəmir ən çox ətdə, qaraciyərdə, kürüdə, beyində, quru meyvələrdə, yarmalarda, vələmirdə, şaftalıda, almada, qara gavalıda və s. vardır. Gündəlik tələbat kişilər üçün 10-30 mq, hamiləlik dövründə və uşaqlarda bu tələbat bir qədər də artır.
Flüor. Dişlərin inkişafı və qorunmasında böyük əhəmiyyətə malikdir, eləcə də fosfor-kalsium mübadiləsini tənzimləyir. Çatışmaması nəticəsində karies (diş emalının parçalanması), artıq olması nəticəsində isə flüroz (diş emalının ovulması) xəstəliyi əmələ gəlir. Flüor ən çox çox unda, yarmalarda, ətdə, balıqda və çayda vardır. Çay dəmlənərkən flüor dəmə keçir və demək olar ki, gündəlik tələbatı ödəyir.
Yod. Orqanizmdə yodun az olmasına baxmayaraq onun son dərəcə böyük əhəmiyyəti vardır. Kifayət qədər yod olmadıqda qalxanvari vəzi hormonun əmələ gəlməsi pozulur, qalxanvari vəzi böyüyür, zob (ur) xəstəliyi əmələ gəlir. Yaşlı adamın yoda gündəlik ehtiyacı 0,000014 q-dır.
Dostları ilə paylaş: |