19. 12.4. Yumurta
Yumurta yüksək qida dəyərinə malik olub, tərkibində 12,5% zülallar, 12% yağlar, çoxlu vitaminlər – B1 (tiamin), A (retinol), PP (nikotin turşusu), D (kalsiferol), E (tokoferol), B2 (riboflavin) və fosfor, dəmir, kükürd kimi mineral maddələr vardır. Yumurtanın xarab olması qabığından keçən çürüdücü mikroorqanizmlər və kif göbələkcikləri ilə çirklənməsi hesabınadır.
Su quşlarının (qaz, ördək) yumurtası hələ bətndaxili dövrdə salmonellarla çirklənə bilir. Ona görə də, həmin yumurtaların qəbulu zamanı toksikoinfeksiyaların baş verməsi təhlükəsi yaranır. Bununla əlaqədar, ticarət şəbəkələrində qaz və ördək yumurtalarının satışı qadağan edilir və belə yumurtalardan ancaq sənaye üsulu ilə çörək–bulka məmulatının hazırlanmasında istifadə edilir.
Dostları ilə paylaş: |