İdman təbabəTİ VƏ GİGİyena


Balıq və balıq məhsulları



Yüklə 1,93 Mb.
səhifə178/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   174   175   176   177   178   179   180   181   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

19.12.3. Balıq və balıq məhsulları

Balıq əti qida dəyərinə və kimyəvi tərkibinə görə mal ətinə yaxındır. Onun tərkibində 10-23% zülal, növündən asılı olaraq 0,4%-dən 29%-ə qədər yağ olur. Balıq yağında çoxlu doymamış yağ turşuları var. Ona görə də, yağlı balıq ətini saxladıqda onun yağı havanın oksigeni ilə asan oksidləşir və məhsula xoşagəlməz dad və ya iy verir. Balıq ətində vitaminlərdən B1, B2, PP, yağlı balıqların toxumasında isə bunlardan əlavə A və D vitaminləri də vardır. Balıq əti bir sıra mikroelementlərin ftorun, bromun, yodun mənbəyi hesab olunur.

Balıq tez xarab olan məhsullardandır. O, ətdən daha tez xarab ola bilir. Ona görə də, balıq ovlandıqdan sonra 2-30C-yə qədər soyudulub saxlanılmalıdır. Balığ dondurmaqla, duzlamaqla və durmayıb isti və ya soyuq hisə verməklə konservləşdirirlər. İsti hisə verməklə konservləşdirilmiş balıq daha tez xarab olan məhsullardandır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin