18.2. HAVA İLƏ BƏDƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ
Hava bədəni möhkəmləndirmək üçün ən yüngül və təhlükəsiz amillərdən sayılır. Bədəni müntəzəm olaraq möhkəmləndirməyə hava vannalarından başlamaq məsləhət görülür. Havanın əsas təsiredici amili onun hərarətidir. Lakin havanın rütubəti və hərəkətini də yaddan çıxarmaq olmaz. Hava vannaları hərarətinə görə 3 qrupa bölünür: isti (hərarət 20-300 ), sərin (14-200) və soyuq (140 və aşağı). Hava vannalarının dozası 2 yolla tənzim edilir: havanın hərarətini tədricən aşağı salmaqla və ya eyni hərarətdə vaxtı uzatmaqla.
Bədəni hava ilə möhkəmlətməyə ilin hər vaxtında-yayda açıq yerdə, qışda havası yaxşı dəyişən binada başlamaq olar. Hava vannaları sinir sisteminin tonusunu artırır, istilik tənzimi aparatını məşq etdirir, maddələr mübadiləsini, iştahı, yuxunu yaxşılaşdırır. Hava vannalarının qəbul edilməsinə yayda açıq havada, qışda havası yaxşı təmizlənmiş binada başlamaq olar. Bədəni möhkəmləndirməyə hərarət 15-200C olduqda başlayaraq 10-15 dəqiqə davam etdirilir, sonrakı vannaların vaxtını hər dəfə 10 dəqiqə uzadaraq iki saata çatdırılır. Sərin vannalar 15-20 dəqiqədən, soyuq vannalar isə 5-10 dəqiqədən artıq olmamalıdır. Soyuq vannalardan sonra bədəni yaş dəsmalla silmək lazımdır. Hava ilə bədənin möhkəmləndirilməsinin müddəti orqanizmin reaksiyası ilə tənzim edilir. Bədənin üşüməsi hava vannasının vaxtının çox olduğunu göstərir. Hava vannalarını uzanmış vəziyyətdə yox, idman oyunları, bədən tərbiyəsi hərəkətləri, yerimək və s. ilə birlikdə qəbul etmək daha yaxşıdır. Bununla bərabər il boyu yüngül paltar geymək, otağın havasını tez-tez dəyişmək, yatanda pəncərələri açmaq lazımdır.
Dostları ilə paylaş: |